Accessibility links

Tehranda türk fəal Əli Rəzizadə Nadarlının məhkəməsi keçirilib


Əli Rəzizadə Nadarlı
Əli Rəzizadə Nadarlı

Tehran sakini olan türk dil haqları fəalı Əli Rəzizdə Nadarlı İnqilab Məhkəməsinin 15-ci şöbəsində hakim qarşısına çıxarılıb.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Rəzizazə Nadarlı şənbə günü keçirilən məhkəmə iclasında üzləşdiyi "İslam Respublikası nizamına qarşı təbliğat" ittihamı ilə əlaqədar özünü müdafiə edib.

Amerikanın Səsinin əldə etdiyu məlumata görə, Əli Rəzizadə sosial şəbəkələrdəki paylaşımlarından dolayı nizama qarşı təbliğatda ittiham edilir.

Onun siyasi fəallar və jurnalistlərə qarşı ağır cəzalar çıxarmaqla məşhur olan hakim Əbülqasim Salavati tərəfindən mühakimə edildiyi bildirilib. Salavati dekabr 2019-da ABŞ-ın İran rəsmilərinə qarşı tətbiq etdiyi sanksiya siyahısına daxil edilib.

Əslən Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində yerləşən Nadarlı qəsəbəsindən olan Əli Rəzizadə evli və bir oğlan uşağının atasıdır.

Nadarlı qəsəbəsinin əhalisi milli-mədəni fəaliyyətləri ilə tanınırlar. Son vaxtlar İranın təhlükəsizlik qurumları tərəfindən Nadarlı qəsəbəsindən olan fəallara qarşı təzyiqlərin artdığı bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG