Siyasi fəal və araşdırmaçı Səməd Purmusəvi Amerikanın Səsi ilə söhbətində deyir ki, Urmiyə gölünün qurumasına səbəb olan İran hakimiyyəti mövzunu başqa yönlərə çəkərək məsuliyyəti öz üzərindən atmaq istəyir.
İran Geologiya Təşkilatının yer elmləri tədqiqat institutunun direktoru doktor Raziyə Lək bazar günü qatıldığı bir elmi iclasda "Urmiyə gölünü məhv edən əsas amilin su ehtiyatlarının səmərəsiz idarəetməsi olduğunu vurğulayıb." Doktor Ləkin sözlərinə görə, "su haqqını verməyərək Urmiyə gölünü geri dönülməz bir vəziyyətə salıblar."
Your browser doesn’t support HTML5
Səməd Purmusəvi İran hökümətinin Urmiyə gölündə baş verən ekoloji fəlakəti normal bir hadisə kimi göstərməyə çalışdığını deyir.
"İran hakimiyyəti Urmiyə gölü ilə bağlı etirazları basdırmaqdan əlavə, başqa metodlardan da istifadə edir. Biz bu barədə ayıq olmalıyıq. Hakimiyyət məsələn aramızda ümidsizlik yaradır, sanki iş olub bitdi və sizin etiraz etməyinizlə heç bir şey olmayacaq. Belə bir hava yaradır. İkincisi, belə söyləmlər ilə ki, bu bir qlobal məsələdir və bu faciələr təbii olaraq hər yerdə baş verir, hadisəni normallaşdırmağa çalışır. Amma, Urmiyə gölü mövzusunda bizim bir referansımız var ki, həmin coğrafiyada biraz o tərəfdə qardaş ölkədəki göl (Van gölü) tamamən diri, canlı və sağlam vəziyyətdə durur," siyasi fəal söyləyir.
SEE ALSO: Musa Aşüftə: Urmiyə gölü məsələsinin həlli üçün Tehranın Azərbaycan bölgəsinə baxışı dəyişməlidirOnun dediklərinə görə, "gölü planlı bir şəkildə qurudan hakimiyyət səbəbkar mövzusunda insanların etirazını başqa yerlərə yönləndirməyə çalışır. Elə ki, insanlar bir-birinin canına düşsün və enerjiləri bitsin. Bəziləri hətta problemi oradakı kəndlilərin üzərinə atır. Bəziləri isə problemi dövlətə bağlı olmayan hansısa orqanların səhlənkarlığında görür."
Səməd Purmusəvi Urmiyə gölü ilə bağlı etiraz aksiyaları və kampaniyaların təşkilinin vacibliyinə diqqət çəkərək, bu ekoloji fəlakət ilə əlaqədar baş verənlərin sənədləşdirilməsinin də zəruri olduğunu vurğulayır.
SEE ALSO: Behzad Ciddi: İran dövlətinin Urmiyə gölü ilə bağlı açıqladığı layihələrin doğruluğu araşdırılmalıdır"Gölün qurudulmasını sənədləşdirmək də çox önəmldir. Yəni, hökümət hansı yanlışları edib? Hökümət içində icra məsullarının adları və etdikləri, habelə səhv işlər və axsarlıqlar aydınlaşmalıdır. Məsuliyyət daşıyanların adları və öhdəlikləri bəlli olmalıdır. Keçmişdən indiyə qədər danışılan və ayrılan büdcə bəlli olmalıdır. Büdcələrin taleyi nə olub? Hesabat çıxarılmalıdır. Hansı idarələr, şirkətlər və şəxslər Urmiyə gölü ilə bağlı iş öhdələniblər və nə ediblər ya etməyiblər, bunun səbəbi nə olub? Bunlar sənədləşdirilməlidir."