Feminist fəal Türkan Bozqurt Amerikanın Səsi ilə söhbətində Tehranın İran Azərbaycanında yürütdüyü dil siyasətini, eləcə də ətraf mühit və təbii sərvətlər ilə bağlı addımlarını "müstəmləkəçilik siyasətinin nümunələri" kimi dəyərləndirdiyini bildirib.
Bozqurtun sözlərinə görə, 16-cı əsrdən bəri assimilyasiya siyasəti müstəmləkəçi qüvvələrin yerli əhaliyə nəzarət etmək yönündə istifadə etdikləri ən önəmli vasitələrdən biri olmuşdur.
Your browser doesn’t support HTML5
"Bir millətin dili əlindən alındığı zaman, onların kültürü də əlindən alınır, tarixi də alınır, ata-babalarının dedikləri, hər şeyləri əllərindən alınır. Buna görə, müstəmləkəçilik assimilyasiyanı özünə ən yaxşı dost kimi görür," Türkan Bozqurt bildirib.
O, həmin siyasətin nəticələrinin İranda digər bölgələrdə müşahidə edildiyini vurğylayıb.
SEE ALSO: Türkan Bozqurt: İran etirazlarındakı dinamika, müxtəliflik və balans xaricdəki müxalifətdə əks olunmadı"İran kontekstində də çox rahat gördüyümüz şeylərdən biri budur ki, məsələn bir çox azlıqların dilini və kültürünü onlardan qoparmaqla qalmırlar, bir də onlarda yabançılaşma və aşağılıq kompleksi yaradırlar. O millətin insanları özlərini o dominant kültürdən daha aşağı və daha az inkişaf etmiş görürlər. Öz dillərindən, öz kültürlərindən utanırlar. Dominant kültürün bir parçası olmaq istəyirlər. Türklər arasında da öz kültürlərindən utanma və yabançılaşma var. Farsca danışmaq moda olur, niyə? Çünki fars kültürü və mədəniyyətinin səndən daha yuxarı və daha yaxşı olduğunu öyrədirlər," o deyib.
Türkan Bozqurt hesab edir ki, ətraf mühit və təbii sərvərlər ilə bağlı siyasətlərdə də müstəmləçilik siyasətlərinin nümunələri görünür.
"Müstəmləkəçilərdən alınan metodlardan biri də yerlilərin yaşadığı çevrəni bilərək məhv edib və onları köçməyə məcbur etməkdir. Biz bunu Güney Azərbaycanda çox yaxşı görürük. Azərbaycanda olan yeraltı və yerüstü mədənləri o millət üçün deyil, aparır dominant kültürün yaşadığı bölgələrdə istifadə edir. O bölgənin sahiblərini yoxsul və gücsüz buraxır ki, savaşmaq gücü olmasın," Kanadada mühacirətdə yaşayan Urmiyəli fəal deyib.
SEE ALSO: "Beyinləri müstəmləkədən azad etmək” [Audio-Müsahibə]Onun sözlərinə görə, dominant mədəniyyətin digər mədəniyyətlərə görə daha üstün mövqedə göstərilməsi müxalif siyasi qüvvələr arasındakı münasibətlərə də təsir edir.
"Bizim liderlərimiz, aktivistlərimiz, bizim insanlarımız illərdir deyirlər ki, irqçilik var, ayrı-seçkilik var, gəlin insan haqları üçün İran hakimiyyətinə qarşı duraq. Bizim insanlar bunu deyəndə, biz haqsız oluruq. Amma nə zaman ki, o dominant qrup özünü hazır görür ki, gəlsin meydana savaşsın, o zaman deyir ki, mən hazıram, siz də hazır olmalısınız. İstəyir ki, onun doğru gördüyünü bizə doğru görək. Çünki yuxarıdan baxır, öz kültürünü, öz xalqını və öz liderlərini daha yuxarıda görür" - deyə Türkan Bozqurt əlavə edib.