ABŞ səfirliyi “Məktəb Direktorları üçün Liderliyin İnkişafı Proqramı”nı dəstəkləyib

“Məktəb Direktorları üçün Liderliyin İnkişafı Proqramı”nın iştirakçıları (Mənbə: ABŞ səfirliyi)

ABŞ səfirliyi mayın 27-də ADA universitetində keçirilən “Məktəb Direktorları üçün Liderliyin İnkişafı Proqramı”nın bağlanış konfransında iştirak edib. Proqram ABŞ səfirliyi tərəfindən dəstəklənib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi iyunun 3-də məlumat yayıb.

Məlumatda deyilir ki, 106 nəfər iştirakçını özündə birləşdirən bu proqram strateji planlaşdırma, məktəblərdə müsbət mədəniyyətin təşviqi, bərabərlik və onun əsaslarının qurulması, stress və münaqişənin idarəedilməsi bacarıqlarının artırılması istiqamətində 30 saatlıq təlimi əhatə edib.

Səfirlik eyni zamanda Berkli Kaliforniya universitetindən Lihi Rosenthalın Azərbaycana səfərini və proqram çərçivəsində iştirakçılara təhsildə liderlik strategiyaları haqqında fikirlərini bölüşməsini dəstəkləyib.