“Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 2023-cü il mayın 31-də 25 nəfər Azərbaycan vətəndaşı Almaniyadan Azərbaycana geri qəbul edilib.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin məlumatında deyilir.
Məlumata görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
Statistik məlumatlara görə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" imzalanmış sazişə uyğun olaraq 2014-2023-ci il iyunun 1-dək Almaniyadan 2059 nəfər Azərbaycan vətəndaşı readmissiya olunub.
Azərbaycanlı hüquq müdafiəçiləri ölkəyə deportasiya edilmiş müxalif fikirli bir sıra vətəndaşların sonradan həbs edildiyini əsas gətirərək, Almaniya hökumətini dəfələrlə tənqid ediblər.