Beynəlxalq müşahidəçilər Türkiyədə seçkilərin ikinci raundunun da qeyri-bərabər rəqabət şəraitində keçdiyini bildirib
Your browser doesn’t support HTML5
Beynəlxalq müşahidəçilər Türkiyədə prezident seçkilərinin ikinci raundunun da qeyri-bərabər rəqabət şəraitində keçdiyini bildirib. ATƏT və AŞPA-nın müşahidəçiləri seçkilərin təşkilatçılığı müsbət qiymətləndirsə də, ifadə azadlığına məhdudiyyətlər, qərəzli media mühitindən narahatlıq ifadə edib.