Şərqi Azərbaycan vilayətinin səlahiyyətlisi Təbriz şəhərində əhalinin yarısının təhlükəli şəraitdə yaşadığını açıqlayıb.
Fars xəbər agentliyi bu barədə məlumat yayıb.
Şərqi Azərbaycan valiliyinin Böhranların İdarə Edilməsi üzrə direktoru Təbrizin zəlzələ və digər bənzər hadisələr baxımından ölkədə ən təhlükəli şəhərlərdən biri olduğu deyərək, şəhər əhalisinin 50%-nin təhlükəli binalarda yaşadıqlarını bildirib.
Məhəmmədbağır Hünərbər qəza riskinin azaldılması ilə əlaqədar keçirilən konfransda İranın dünyada təbii hadisələr yaşaya bilən ölkələr arasında 10-cu sırada yer aldığını bəyan etməklə yanaşı, ölkədə 56 təbii hadisənin baş verəbiləcəyi barədə xəbərdarlıq edib. O, bu sahədə İranın Asiyada dördüncü yerdə və ölkə əhalisinin 70%-nin zəlzələ riski altında olduğunu deyib.
Rəsminin dediklərinə görə, Təbriz şəhərində 2000 hektar marjinal və 2500 hektar köhnəlmiş binanın regenerasiyaya ehtiyac var və bu baxımdan bu layihəyə milli vəsait daxil edilməlidir.
Hünərbər şəhər yollarında xüsusi böhran marşrutunun müəyyən edilməməsini Təbrizin təhlükəli məsələlərindən biri kimi qeyd edib.
Məhəmməd Bağır Hünərbər şəhərdə icazəsiz tikintilərə nəzarət edilməli və buna bənzər tikintilərin qarşısının alınmasının gərəkdiyini bildirərək, "bu məsələyə lazimi diqqət göstərilməlidir"- deyə, vurğulayıb.
SEE ALSO: Qərbi Azərbaycanın 8 şəhərində 400 mindən çox insan gecəqondularda yaşayırİran Azərbaycanının bir çox şəhərində, o cümlədən Təbrizdə çox sayda təhlükəli binalar var, bu binaların bir çoxu icazəsiz və nəzarətsiz tikilib. Bir çox ekspertə görə, bu binalar gələcəkdə baş verməsi mümkün olan hadisələrin qarşısında dayana bilməyəcək və böyük fəlakətlərin yaranmasına səbəb olacaq.