“Mənim iki evim var – Ukrayna və Azərbaycan”
Your browser doesn’t support HTML5
Fərhad Quliyev Ukrayna prezidenti Volodimir Zelenskinin iftar mərasimi zamanı təltif etdiyi müsəlman hərbçilər sırasında olub. İxtisasca vəkil olan Quliyev Rusiya Ukraynaya hücum edəndə deputat köməkçisi kimi çalışırdı. O, bir çox ukraynalı kimi vətənin müdafiəsi üçün silaha sarılmağa qərar verdi.