ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olson Azərbaycana səfər edəcək.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib.
Bununla yanaşı mətbuat xidməti səfər proqramı ilə bağlı əlavə məlumat yayılacağını bildirib.
Xatırladaq ki, aprelin 17-də ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olson Ermənistana gedib.
ABŞ-ın Ermənistandakı səfirliyi Twitter hesabında yazıb ki, Dövlət katibinin köməkçisinin müavini Erika Olson ABŞ-ın Ermənistan-Azərbaycan sülh sazişinə dəstəyi və ABŞ-Ermənistan ikitərəfli əlaqələrini müzakirə etmək üçün aprelin 17-də və 18-də Ermənistanın hökumət rəsmiləri və digər şəxslərlə görüşlər keçirəcək.