ABŞ Dövlət katibinin köməkçisi Azərbaycanda səfərdədir

Mişel Sison (Arxiv fotosu)

ABŞ Dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Mişel Sison Azərbaycanda səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, Mişel Sison ABŞ-in kollektiv qlobal çağırışların həllində çoxtərəfli əməkdaşlığa sadiqliyini müzakirə etmək məqsədilə rəsmi şəxslərlə görüşmək üçün Azərbaycanda səfər edib.

“Azərbaycanda olarkən Dövlət katibinin köməkçisi cari və potensial çoxtərəfli əməkdaşlığın sahələrini nəzərdən keçirəcək. Buraya “Dayanıqlı İnkişaf Məqsədlərinə” nail olmaq konteksti və iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal səhiyyə təhlükəsizliyi daxil olmaqla, transmilli problemlərin həlli kimi məsələlər daxildir. Dövlət katibinin köməkçisi Sison həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ tərəfindən namizədliyi irəli sürünən Emi Pope üçün təbliğat aparacaq”, məlumatda qeyd edilir.

Dövlət katibinin köməkçisi Sison ABŞ Dövlət Departamentinin Beynəlxalq Təşkilat İşləri Bürosuna rəhbərlik edir. Altı diplomatik missiyası (Cenevrə, Monreal, Nayrobi, Nyu-York, Roma və Vyana) olan büro Birləşmiş Millətlər Təşkilatında və digər çoxsahəli təşkilatların geniş spektrində ABŞ siyasətini hazırlayır və həyata keçirir. Təşkilatın əsas missiyası daha effektiv və səmərəli BMT və çoxtərəfli sistem vasitəsilə ABŞ-nin maraqlarını inkişaf etdirmək üçün bir vasitə kimi çoxtərəfli diplomatiyadan istifadə etməkdir.