Accessibility links

ABŞ dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisi Azərbaycana səfər edəcək


state department
state department

ABŞ Dövlət Departamentinin açıqladığı məlumata əsasən, dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisi Mişel Sison Azərbaycana səfər edəcək.

Məlumatda ABŞ dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisinin martın 22 də və aprelin 7-i tarixlərində Madaqaskar, Cənubi Afrika, Mavriki, Azərbaycan, Monqolustan, Vyetnam, Tailand və Laosa səfər edəcəyi bildirilir.

Mişel Sisonun martın 29-da Azərbaycana səfər edəcəyi gözlənilir.

"Dövlət katibinin köməkçisi səfəri zamanı mövcud və potensial çoxtərəfli əməkdaşlıq sahələrini, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal sağlamlıq təhlükəsizliyi daxil olmaqla transmilli çağırışlarla bağlı müzakirələr aparacaq," məlumatda deyilir

Bundan əlavə məlumatda qeyd edilir ki, Dövlət katibinin köməkçisi Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ namizədi Emi Papanın dəstəklənməsini də təşviq edəcək.

Xatırlatma

Martın 6-da Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Beynəlxalq Təşkilatlar məsələləri üzrə köməkçisi Mişel Sison ilə görüşüb.

XİN-nin məlumatına görə, görüş zamanı regiondakı cari vəziyyət, iki ölkə arasında ikitərəfli əlaqələr, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG