“Bazarda xadimə işləyirəm. 120 manat pul alıram. 120 manatın nə dolanışığı?”

Your browser doesn’t support HTML5

Salyan sakini Zəminə Heydərova xərçəng xəstəsidir. Dediyinə görə, səkkiz ildir pensiyasını ala bilmir. Heydərova 20 ildir Salyan rayonunda yerləşən yataqxanalardan birində yaşayır. Yataqxananın şəraitsizliyi isə onun xəstəliyini günbəgün ağırlaşdırır.