Siyasi şərhçi Sadiq İsabəyli Amerikanın Səsinə müsahibədə İranlı müxalifət qüvvələrinin qeyri-fars toplumların reallıqları və tələblərini görməzdən gəlməyə davam etdiklərini ifadə edir.
İsabəyli deyir ki, bəzi qüvvələr İran Azərbaycanında səsləndirilən tələblərin mərkəz bölgələrdə səsləndirilən tələblər ilə eyni istiqamətdə olduğunu göstərməyə çalışırlar. Onun sözlərinə görə, İran müxalifəti bu qüvvələri yanına almaq istəyir.
Your browser doesn’t support HTML5
"Ümumiyyətlə mərkəzin siyasi cərəyanlarında belə bir təfəkkür var ki, İranın ictimai, siyasi və mədəni strukturu eynidir, tək rənglidir və bir düşüncədən qaynaqlanır. Təfəkkür budur ki, İran fərqli-fərqli etnik icmalardan təşkil olunsa da bütünlükdə hamı eyni düşünür və eyni hədəflərə doğru ictimai-siyasi fəaliyyət qurur" , İsabəyli deyib.
O hesab edir ki, İranda ciddi bir dəyişiklik üçün bu ölkənin etnik və məzhəbi icmalarının fərqlilikləri və özlərinə məxsus reallıqlar və tələbləri həmin icmaların təmsilçiləri tərəfindən açıq və şəffaf şəkildə səsləndirilməlidir:
SEE ALSO: Babək Çələbiyanlı: Azərbaycan Milli Hərəkatına mənsub heç bir təşkilat hüquqlarımızı tanımayanlar ilə əməkdaşlıq etməz"İran çoxmillətli, çoxkültürlü və çoxdilli bir ölkədir. Oradakı millətlərin istək və tələbləri əsas olmalı və ortaya qoyulmalıdır. Məsələn, Bəluçistanda insanlar deyir ki, biriləri şiə məzhəbi üzərindən hakimiyyət qurub və başqa məzhəbə mənsub olan insanlara və toplumlara zorakılıq tətbiq edə bilməz, onların istəklərini boğa bilməz və onlara qarşı ayrı-seçkilik tətbiq edə bilməzlər. Yəni, Bəluçistanın əsas məsələlərindən biri həm də məzhəb ayrı-seçkiliyidir. Güney Azərbaycanda da biz bunu irqi, siyasi, iqtisadi və milli ayrı-seçkilik kimi dəyərləndirirk. Bütün bu reallıqlar çılpaqlığı ilə ortaya qoyulmalıdır".
Siyasi fəal deyir ki, İran Azərbaycanında bəzi qüvvələr o bölgənin tələblərinin mərkəz bölgələrin tələbləri ilə eyni istiqamətdə olduğunu göstərməyə çalışırlar:
SEE ALSO: Ural Hatəmi: Onların 'İranın ərazi bütünlüyü' şərtinə qarşı qeyri-farsların da 'öz müqəddəratını təyin etmə' şərti var"Güney Azərbaycanda son etirazlar zamanı "Azadlıq, ədalət, milli hökümət" şüarı geniş miqyasda yayıldı. Təbrizdə misal üçün "Millətlərə istiqlal, qadınlara azadlıq" şüarı səsləndirilib. Amma o tərəfdən fars və digər mərkəz cərəyanlarından mənafe güdən qüvvələr çalışdılar elə göstərsinlər ki, Güney Azərbaycanda hər hansı ciddi bir tələb yoxdur və insanlar mərkəz cərəyanların verdikləri şüarlar istiqamətində hərəkət edirlər".
İsabəyli əlavə edib ki, "millətlərin siyasi istəklərinin şəffaf şəkildə ortaya qoyulmaması üçün mərkəz cərəyanları çalışırlar ki, [qeyri-fars icmalardan] o qrupları yanlarına alsınlar ki, qeyri-fars millətlərin varlığını və istəklərini görməzdən gələ bilsinlər. Bunu həm də media üzərindən edirlər. Hətta təhdid və zorakılıq da var. Avropada mitinqlərdə qeyri-fars millətlərə qarşı zorakılıqlarına və aqressiv davranışlarına şahid olduq. Çalışmışdılar ki, bizim milli fəalların əllərindən bayraq və plakatlarını alsınlar və şüarlarını səsləndirməyə imkan verməsinlər. Amerikada hətta fiziki zorakılıq tətbiq etmişdilər iştirakçılara. Bu metodlarla çalışırlar ki, qeyri-fars millətlərin səsi eşidilməsin".