Şabran sakini: Mən kimsəsizəm deyə acından ölməliyəm?

Your browser doesn’t support HTML5

Şabran rayon Padar kənd sakini 52 yaşlı Fəzilə Qənbərova iki ildir ki yataq xəstəsidir. İllərdir ki, uçuq-sökük daxmasında tək-tənha yaşayır. Dediyinə görə, yeganə gəliri pensiyası kəsildikdən sonra indi qohum-qonşunun əlinə baxmağa məcbur olub.