Gənc rəssam: Əyalətlərdə sənət adamları itib batır
Your browser doesn’t support HTML5
Ülviyyə Vahid Biləsuvar rayonunda yaşayır. O, uşaqlıqdan rəsmə sevgisi olduğunu deyir. Amma ailə həyatı qurduqdan sonra sənəti ikinci plana keçirməyə məcbur olub. Uzun fasilədən sonra yenidən rəsm çəkməyə başlasa da yaşadığı rayonda rəsm, özünüinkişaf kurslarının olmaması onun işini çətinləşdirir.