İranın müxtəlif vilayətlərində "hicab qaydalarına riayət etməmək" iddiası ilə iş yerləri və ticarət obyektlərinin möhürlənməsi davam edir.
Keçən günlərdə Qəzvində rəsmilər tərəfindən bir neçə iş yerinin bağlandığı, bəzi iş yerlərinə isə xəbərdarlıq edildiyinə dair məlumat yayılıb.
İranda fəaliyyət göstərən Etemadonline saytının cümə günü yaydığı xəbərinə istinadən, Qəzvin şəhərində bir kafe və bir restoran hicaba riayət edilmədiyi səbəbilə bağladılıb.
Qəzvinin ümumi və inqilab prokuroru Hüseyn Rəcəbi Talarşəhr kompleksində yerləşən iki iş yerinin "islami qaydalara riayət edilmədiyi" üçün qapadıldığını açıqlayıb.
SEE ALSO: İran höküməti ‘hicab qaydalarına riayət etməyən’ iş yerlərini möhürləməkdə davam edirYarı-rəsmi Tasnim agetnliyinə danışan Rəcəbi deyib ki, "iş yerləri qanununun 68-ci maddəsinə əsasən, iş yerlərinin öhdəliyi ictimai qaydalara riayət etməkdir. Talarşəhr kompleksindəki bu iki iş yerində islami və əxlaqi qaydalara riayət edilmədiyi üçün, ikisi də möhürləndi."
Rəcəbi, həmçinin Qəzvinin Narun ticarət mərkəzinə oxşar səbəblər üzündən xəbərdarlıq edildiyini bildirib. Tasnim agentliyinə istinadən, ticarət mərkəzinin girişinə bir xəbərdarlıq afişası asılıb.