Yanvarın 28-də baş vermiş 9,5 bal gücündə zəlzələ nəticəsində xeyli ziyan çəkən Xoy şəhərinin Qırız kəndinin sakinləri Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göstəriblər.
Bu barədə Türkiyənin Urmiyədəki baş konsulu Fehim Çetin Twitter hesabında məlumat verib.
Türkiyənin Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədəki baş konsulunun sözlərinə görə, Qırız kəndi sakinləri Urmiyə konsulluğuna Türkiyəyə göndərmək üzrə bir kamyon dolusu zəlzələdən zərərçəkənlər üçün yardım materialları gətirib.
Türkiyə Cümhuriyyətinin Urmiyədəki baş konsulu Xoyun Qırız kəndinin sakinlərindən təşəkkür edib, yardımları ölkəsinin zəlzələdən zərər çəkmiş ərazisinə göndərəcəyini bildirib.