İran Azərbaycanının Urmiyə şəhərində üç məhbus edam edilib

Urmiyə həbsxanası

Fevralın 21-də Urmiyə həbsxanasında 3 məhbus asılıb. Bu barədə İnsan Haqları Təşkilatı (iranhr) saytı məlumat yayıb.

Bu xəbərə görə, "qəsdən adam öldürmə" ittihamı ilə qisas cəzasına məhkum edilmiş üç kişi məhbus edamdan iki gün əvvəl karserə köçürülüb.

Bu üç məhbusun şəxsiyyətinin Sədullah Fərəci Ceremi, Vəhid Beyzai və Əmir Əli Bayrami olduğu bildirlir.

Onlar təxminən 4-5 il əvvəl edam cəzasına məhkum edilib.

İran İnsan Haqları Təşkilatının internet saytında bu ilin əvvəlindən bütövlükdə 86 nəfərin edam olunduğu bildirilir. Təşkilatın hesabatına görə, bu ilin ilk 26 günündə İranda ən azı 55 nəfər edam edilib.

Urmiyədə bu üç vətəndaşın edam edilməsi ilə bağlı hökumətə bağlı mətbuatda və rəsmi qurumlar tərəfindən heç bir məlumat yayılmayıb.