ABŞ Türkiyəyə 161 nəfərdən ibarət xilasedici komanda göndərib

ABŞ Türkiyəyə xilasedici komanda göndərib (Foto ABŞ səfirlyinin facebook səhifəsindəndir)

Virginia Task Force 1 Urban Search and Rescue (Virciniya şəhər 1-ci Axtarış və Xilasetmə üzrə İşçi Qrupu) və Los Angeles Fire Department-nin (Los-Anceles Yanğınsöndürmə Departamenti) şəhər axtarış-xilasetmə qrupları dağıdıcı zəlzələlərdən sağ qalanları axtarış üçün Türkiyəyə yola düşüb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, zəlzələ zonasına yola düşən komandaya 161 üzv, 12 it və 77,110 kiloqramdan artıq çəkisi olan xüsusi avadanlıqlar daxildir.

“Onlar artıq Türkiyədə fəaliyyət göstərən Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) komandasına qoşulub," məlumatda qeyd edilib.