Giorgi Qogia: Tofiq Yaqublu və Bəxtiyar Hacıyev dərhal azad edilməlidir

Your browser doesn’t support HTML5

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia Amerikanın Səsinə müsahibədə insan hüquqları fəalı Bəxtiyar Hacıyev və Müsavat partiyası və Milli Şuranın üzvü Tofuq Yaqublunun işi və Azərbaycanda insan hüquqlarının durumunu şərh edib.

Beynəlxalq ictimaiyyət insan hüquqları fəalı Bəxtiyar Hacıyev və Müsavat partiyasının və Milli şuranın üzvü Tofuq Yaqublunun həbsi ilə bağlı narahatlığını ifadə edib və Azərbaycan hökumətini onları dərhal azad etməyə çağırıb. Birləşmiş Ştatlar insan hüquqları və əsas azadlıqlara hörmətin təşviq edilməsinə sadiq qaldığını bəyan edərək, Azərbaycan hökumətinin öz vətəndaşlarının hüquqlarına, o cümlədən dinc şəkildə fikirlərini ifadə etmək hüququna hörmət etməyə çağırıb. Human Rıghts Watch insan hüquqlarını müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia Bəxtiyar Hacıyev və Tofuq Yaqublunun işi ilə bağlı narahatlığını bildirib və Azərbaycan hökumətinin onları dərhal azad etməli olduğunu deyib. O, Amerikanın Səsinə müsahibədə təşkiların son hesabatı və Azərbaycanda insan hüquqlarının durumunu şərh edib.