"Dövlət bunu "Tərtər işi" adlandırır, amma hər kəsə məlumdur ki, bu, Tərtər faciəsi, Tərtər qətliamıdır"
Your browser doesn’t support HTML5
Yanvarın 18-də "Tərtər işi" kimi tanınan cinayət işi üzrə zərərçəkənlər Azərbaycan Demokrat Partiyasının qərargahında mətbuat konfransı keçiriblər.
Konfransda bu iş üzrə işgəncə nəticəsində öldürüldüyü bildirilən şəxslərin yaxınları övladlarına şəhidlik statusunun verilməsini tələb edib.