Rejissor Məhəmməd Siyaməkniya cərimə cəzasına məhkum edilib

Məhəmməd Siyaməkniya

Təbrizdə yaşayan türk rejissor Məhəmməd Siyaməkniya cərimə cəzasına məhkum edilib.

Təbrizdə etirazlar zamanı iş yerində həbs edilən Məhəmməd Siyaməkniya 8 milyon cərimə cəzası və 20 tələbənin bir il müddətində təhsil haqqını ödəməyə məhkum edilib.

Siyaməkniya bununla bağlı öz Twitter hesabında yazıb ki, əvvəlcə məhkəmə tərəfindən 1 il həbs və 8 milyon tümən pul cəzası kəsilib, amma nəhayətdə həbs cəzası 20 hüquq fakültəsi tələbəsinin 1 illik təhsil haqqını ödəməklə dəyişdirilib.

O bildirib ki, məhkəmə tərəfindən bir il həbs cəzasının cərimə ilə dəyişdirilməsinə səbəb "yaxşı etibarı və cinayət qeydinin olmaması" olub.

SEE ALSO: Təbrizdə kino xadimi və ictimai fəal həbs edilib

Siyaməkniya bir müddət sonra mülki girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti şəkildə məhkəmənin son qərarına qədər sərbəst buraxılmışdı.

Məhəmməd Siyaməkniya türk dilində bir neçə qısametrajlı filmin rejissorudur. O, "Ağacdələn" və "Dil" adlı filmlər və bir neçə sosial mövzularda sənədli filmlərin prodüseridir.