Təqribən 3 ay əvvəl İrandakı ümummilli etirazların ilk günlərində həbs edilən və hazırda Təbrizdə həbsxanasında saxlanılan Tohid Dərvişinin "Allaha qarşı müharibə" aparmaqda ittiham edildiyinə dair məlumat yayılıb.
Hüquq-müdafiə təşkilatları Dərvişinin edam hökmü ilə qarşılaşacağı ehtimalından narahat olduqlarını bildirirlər.
Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) və "Iran Wire" kimi xəbər saytlarına istinadən, Dərvişi sentyabr ayında Təbrizdəki iş yerinə yaxın Şahnaz məhəlləsində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.
Tohid Dərvişinin iki aydan artıq İslam Qvardiyasına (Sepah) aid təcridxanada sorğu-sual edildikdən sonra Təbriz həbsxanasının təkadamlıq kamerasına köçürüldüyü bildirilir. Iran Wire onun sorğu-sual müddətində işgəncəyə məruz qaldığını yazıb.
"Dərvişi ailəsinə yaxın mənbələrin dediyinə görə, məmurlar Tohidi Bəsic qüvvəsi [Hüseyn] Ocağini öldürmək və Təbrizin Xətib məhəlləsində bir bankı oda verdiyini etiraf etmək üçün işgəncə ediblər. O, bu ittihamları rədd edib" , Iran Wire bildirib.
SEE ALSO: Hüquq müdafiəçiləri Urmiyədə beş siyasi məhbusun edam təhlükəsi altında olduğunu bildirirHüquq müdafiəçiləri etirazların başlamasından bəri ölkənin müxtəlif vilayətlərində yüzlərlə etirazçının öldürüldüyü və minlərlə vətəndaşın həbs edildiyini bildirirlər. Həbs edilən bir çox etirazçı "Allaha qarşı müharibə aparmaq"da günahlandırılaraq edama məhkum edilib. Bəzi etirazçıların ölüm cəzası keçən günlərdə tətbiq edilib.