Accessibility links

Hüquq müdafiəçiləri Urmiyədə beş siyasi məhbusun edam təhlükəsi altında olduğunu bildirir


Hüquq müdafiəçiləri İranın Urmiyə və Kərəc şəhərində “Allaha qarşı muharibə aparmaq” ittihamı ilə mühakimə olunmuş 6 siyasi məhbusun ölüm cəzasın hər an tətbiq edilə biləcəyi barədə xəbərdarlıq verirlər.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) təşkilatının yaydığı bəyanatda İranda 39 siyasi məhbusun edam təhlükəsi altında olduğu bildirilib. IHR bunlardan 5 nəfərin Urmiyə həbsxanasında, bir nəfərin isə Kərəcdə “hər an” edam edilə biləcəyini qeyd edib.

Hüquq müdafiə qurumunun bildirdiyinə görə, Urmiyə həbsxanasında edam təhlükəsi altında olan 5 məhbus daha əvvəl Urmiyənin cənubunda yerləşən və əhalisinin əksəriyyəti kürd olan Üşnü (Üşnəviyyə) şəhərində keçirilən etirazlar ilə əlaqədar saxlanıblar.

“Üşnü etirazçılarından Rza İslamdust, Əyyub Ağlıyani, Fərzad Tahazadə, Həjir Əhmədi və Hemin Şahi dekabrın 15-də Urmiyə həbsxanasının ümumi bölməsindən naməlum bir məkana köçürülüblər və hər an edam oluna bilərlər,” bəyanatda dərc edilib.

IHR Kərəc şəhərində isə Məhəmməd Boroğəni adlı bir siyasi məhbusun edam təhlükəsində olduğunu bildirib.

Keçən sentyabr ayından bəri İranda davam edən geniş etirazlarda, hüquq müdafiəçiləri İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində yüzlər etirazçının öldürüldüyü və minlər vətəndaşın həbs edildiyini bildirirlər.

Həbs edilən bir çox etirazçı “Allaha qarşı müharibə aparmaq”da günahlandırılaraq edam cəzasına məhkum edilib. Edama məhkum edilən etirazçılardan ən az ikisinin hökmü icra edilib.

XS
SM
MD
LG