Bakıda Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələb edilir

Dekabrın 23-də “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının çağırışı ilə çoxsaylı fəallar Bakıda Fəvvarələr meydanında insam hüquqları müdafiəçisi Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirməyə cəhd edib.

Fəallar "Bəxtiyara azadlıq!", "Öldürmə, azad et!", "Siyasi repressiyalara son!" və başqa şüarlar səsləndirib.

Polis fəalların qarşısını kəsib, onlarla aksiya iştirakçısı saxlanılıb. Saxlanılanlar arasında “Müdafiə Xətti" hüquq müdafiə təşkilatınin təmsilçiləri Rüfət Səfərov, Zaur Əkbər, Zəfər Əhmədov, Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, Azərbaycan Xalq Cəbhəsi, Demokratiya və Rifaf Partiyalarının (ADP), D18 Hərəkatının, digər ictimai-siyasi təşkilatların üzvləri, eləcə də çoxsaylı ictimai fəallar var.

Etiraz aksiyası ərəfəsində də aksiyanın potensial iştirakçıları saxlanılıb.

Xalq Cəbhəsi Partiyasının Xətai rayon təşkilatının sədri Faiq Nağıyev saxlanılıb. 


Bundan başqa saxlanılanlar arasında "D18-Demokratiya 1918 Hərəkatı" üzvləri Afiəddin Məmmədov və Samir Soltanov olduğunu da bildirib.