Dekabrın 21-də "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçiləri Rüfət Səfərov və Zaur Əkbər Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyində ictimai fəal Bəxtiyar Hacıyevin həbsi, insan hüquqlarının durumu və dekabrıb 23-də keçiriləcək aksiya ətrafında fikir mübadiləsi aparıb.
Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, görüşdə ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Dvorak Brett və səfirliyin siyasi şöbəsinin Rəhbəri Mihail Seroka iştirak edib.
"Görüşdə ölkədə insan haqlarının, habelə məhbəsdə 7 gündür aclıq edən Bəxtiyar Hacıyevin durumu müzakirə olundu. Diplomatlar bildirdi ki, ABŞ rəsmiləri Bəxtiyar Hacıyevin işi ilə çox ciddi şəkildə məşğul olur" , Səfərov qeyd edib.