İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində yaşayan türk fəal Cavad Əhmədi Yekənli müxtəlif ittihamlarla bu şəhərin İnqilab Məhkəməsi tərəfindən iki il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə HRA xəbər agentliyi və bölgədəki hüquq müdafiəçiləri məlumat yayıb.
29 yaşlı cənab Cavad Əhmədi Yekənli "lideri təhqir etmək" və "sistemə qarşı təbliğat aparmaq" ittihamları ilə təqsirli bilinib.
İranın cinayət qanunlarına görə, milli fəala verilən ən ağır hökm olan 16 ay həbs tətbiq ediləcək.
Əhmədi Yekənli son 3 ayda iki dəfə həbs edilib və hər dəfə müvəqqəti olaraq zaminə buraxılıb. Xoy şəhərinin İnqilab Məhkəməsinin hökmü qiyabi olaraq çıxarılıb.
Milli fəal noyabrın 18-də Xoy şəhərində kütləvi etiraz aksiyaları ilə eyni vaxtda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və 10 gündən çox saxlandıqdan sonra 500 milyon tümən girov müqabilində müvəqqəti azadlığa buraxılıb.
Daha əvvəl o, oktyabrn 2-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək təqribən bir ay müddətinə nəzarət altına alınmışdı.