Kinoteatrlarda filmlərin azərbaycanca dublyaj edilməməsi uşaqlara daha çox təsir edir
Your browser doesn’t support HTML5
Biologiya müəllimi Elxan Tahirovun ötən ay paylaşdığı video sosial şəbəkələrdə müzakirəyə səbəb oldu. Həftəsonu oğlu Akifi kinoteatra aparan ata azərbaycanca uşaq filmi tapmayıb. Akif isə rusca başa düşmədiyinə görə istədiyi filmə baxa bilməyib, məyusluğundan ağlamağa başlayıb.