Siyasi fəal Məcid Araz Amerikanın Səsinə müsahibədə deyir ki, İran hakimiyyəti etnik və məzhəbi azlıq icmaların yaşadığı bəzi bölgələrdə etirazçıları kollektiv şəkildə öldürərək həmin bölgələri qarışdırıb və "bölücülük" qorxusu yaratmaq istəyir.
Your browser doesn’t support HTML5
"Bu etirazlar bütün ölkəni əhatə edib. Amma yenə də baxdığımız zaman görürük ki, etnik və məzhəbi azlıq bölgələrində rejimin tətbiq etdiyi şiddət çox daha çoxdur. Özəlliklə Bəlucistan və Kürdüstan can itkilərinin çoxluğu ilə diqqət çəkir. Azərbaycan da özəlliklə məhbus sayısı, yəni nəzarət altına alınan insan sayının çox yuxarı olması ilə diqqət çəkir".
Ümumiyyətlə rejim etirazçıları razı salmağa və onların evə qayıtmalarına heç bir siyasi, iqtisadi, kültürəl və ya ictimai arqument yarada bilmədiyi üçün gəlib öz söyləmini və arqumentini qoyub bölücülük məsələsinin üzərinə.
Siyasi fəal hesab edir ki, İran hakimiyyəti etirazçıları evlərinə qayıtmağa razı salmaq üçün heç bir arqument tapa bilmədiyi üçün bölücülük qorxusu yaratmaq istəyir. Onun sözlərinə görə, hökümət qüvvələri xüsusilə bəluc və kürd icmasının yaşadığı bölgələrdə qətliamlar törədərək onları silahlı qarşıdurmaya sövq etmək niyyətindədir.
"Ümumiyyətlə rejim etirazçıları razı salmağa və onların evə qayıtmalarına heç bir siyasi, iqtisadi, kültürəl və ya ictimai arqument yarada bilmədiyi üçün gəlib öz söyləmini və arqumentini qoyub bölücülük məsələsinin üzərinə... Məncə rejim çalışır kürdləri və bəlucları slihalı qarşıdurmaya zorlasın. Kürdistan və Bəluçistan vilayətlərində bir növ iç savaş başlatsın və bunu bəhanə edib, fəryad qoparsın ki, bölücülər gəldilər və ölkəni dağıdacaqlar. Hər kəs otusun evində ki, dövlət bu bölücülər ilə savaşsın".
Arazın dediyinə görə, İran hakimiyyəti Suriyada tətbiq etdiyi ssenariləri indi də İranda tətbiq etməyə çalışır:
SEE ALSO: Sina Mirzayi: İran hakimiyyəti qeyri-mütənasib güc tətbiq edir, silahsız əhaliyə atəş açır"Hətta rejim bir ara xarici savaş çıxarmaq üçün uğraşdı. Bir ara İraqın şimalına sardı, bir ara Azərbaycan [Respublikasına]. Bir ara dedi Ərəbistanı vuracağam. Xarici düşmən yaradıb xarici savaş çıxarmaq yolu ilə içəridə basqını artırmağa çalışırdı. Amma hər halda o, çox da mümkün görünmədi. O olmadı, daxili düşmənləri, bölücüləri bəhanə edərək fövqəladə vəziyyət elan etmək istəyə bilər. Çünki, biz bunları Suriyada gördük. Orada da bütün gedişata əslində İran İslam İnqilabı Qvardiyası (Sepah) nəzarət edirdi".
Məcid Araz hakimiyyətin kürdlər və bəluclara qarşı həyata keçirdiyi cinayətləri türklərə qarşı həyata keçirə bilməyəcəyini irəli sürür.
Azərbaycanda minlərlə məhbus var. Niyə? Toplumun hərəkət qabiliyyətini sıfırlamaq üçün.
"İranda türklər hər zaman təyinedici olublar. Tarix boyunca hakimiyyətdə olduqları min il sürəcində də, hakimiyyətlərini itirdikləri bu son yüz ildə də təyinedici olublar. İndi əgər Təbriz kontroldan çıxarsa, Azərbaycan kontroldan çıxar. Azərbaycan kontroldan çıxarsa, İranın türk əhalisi kontroldan çıxa bilər. Dolayısı ilə, Təbrizin ayağa qalxmaması lazim. Gedib Bəlucistanda öldürdüyü kimi Təbrizdə öldürə bilməz. Çünki, öldürdüyü zaman Qum seminariyasına qədər hər yerdə çaxnaşma olar. Türklərin ayağa qalxmasını önləmək üçün nə edir? Gedir yüz-yü,z min-min həbs edir. Yəni hər kəs ki, hakimiyyətin nəzərində etiraz etmə potensialı var, küçəyə çıxmış və ya çıxmamış, öncədən onları tutur. Xoyunda, Urmiyəsində, Ərdəbilində, Zəncanında və özəlliklə Təbrizində tutur. Azərbaycanda minlərlə məhbus var. Niyə? Toplumun hərəkət qabiliyyətini sıfırlamaq üçün" - deyə, siyasi fəal əlavə edib.