Arif Hacılı: İran səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

Müsavat Partiyası aksiya keçirir (Arxiv foto, mənbə VOA)

“Noyabrın 15-də Müsavat Partiyası Konstitusiyanın 49-cu maddəsində (Sərbəst toplaşmaq azadlığı) nəzərdə tutulan hüququna əsaslanaraq Iranın Bakıdakı səfirliyi qarşısında elan etdiyi aksiyasını keçirəcək. Biz bu dövlət qurumuna məktub ünvanlayanda niyyətimiz bu barədə Eldar Əzizovun (Bakı şəhər İcra Hakimiyyətinin başçısı-red) rəyini öyrənmək deyildi. Biz Konstitusiya hüququmuzdan qanuni yolla istifadə edəcəyimizi bildirmişdik.”

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Müsavat Partiyasının məlumatına görə, aksiyada İranın anti-azərbaycan siyasəti və İranda dinc aksiyaçılara qarşı amansız davranışlara etiraz edilməsi nəzərdə tutulub.

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 15-də İran səfirliyi qarşısında aksiya keçirməsini məqsədəuyğun hesab etməyib.