Yazar və siyasi fəal Məhəmməd Rəhmanifər deyir ki, İslam Respublikasına müxalif qüvvələr arasında əməkdaşlıq və birliyin güclənməsi ancaq onların bir-birlərini fərqlilikləri ilə birlikdə qəbul etdikləri təqdirdə mümkündür.
Your browser doesn’t support HTML5
Rəhmanifər Amerikanın Səsinə müsahibədə İranda 7-ci həftəsinə daxil olan kütləvi etirazlar və iranlı müxaliflərin ölkə xaricində təşkil etdiyi dəstək mitinqləri haqqında danışıb.
Etirazların baş tuttuğundan elə bir-iki gün sonra biz gördük ki, Azərbaycanın bir çox şəhərində, o cümlədən Urmiyə, Təbriz, Ərdəbil və Zəncan kimi şəhərlərdə türklər də etirazlara qatıldı. Əlbəttə Kərəc və Tehran kimi yerlərdə də türklər çox geniş səviyyədə küçələrə çıxdılar.
“Son 20 il ərzində bu ilk etirazlardır ki, ölkənin hər yerində keçirilir və fərqli bölgələrdə, fərqli etniklər və millətlər bu etirazlara qatılır. Yəni biz, 2006 may ayında Azərbaycanda böyük ayaqlanmalara şahid olduq. Amma, ölkənin başqa bölgələrində sadəcə susdular və tamaşa etdilər. Ondan 3 il sonra yaşıl hərəkatı zamanı bəzi fars bölgələrində ayaqlanmalar oldu. Amma, Azərbaycan və digər bölgələr tamaşaçı kimi qaldılar. Ciddi şəkildə dəstək vermədilər. Ancaq, indiki etirazlar fərqlidir,” siyasi fəal söyləyir.
SEE ALSO: Duman Radmehr: Xaricdə iranlı mühacirlərin təşkil etdiyi tədbirlərdə bir yetkinləşmə varO, İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə baş verən etirazlara diqqət çəkərək deyir, “etirazların baş tuttuğundan elə bir-iki gün sonra biz gördük ki, Azərbaycanın bir çox şəhərində, o cümlədən Urmiyə, Təbriz, Ərdəbil və Zəncan kimi şəhərlərdə türklər də etirazlara qatıldı. Əlbəttə Kərəc və Tehran kimi yerlərdə də türklər çox geniş səviyyədə küçələrə çıxdılar... Biz Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən qız məktəblərinə hücumlara şahid olduq. Hətta bir qız uşağı orada həyatını itirdi. Bunun ardınca Ərdəbildə ciddi ayaqlanmalar oldu. Təbrizdə və Azərbaycanın digər şəhərlərində də etirazlar davam edir.”
SEE ALSO: Sevil Süleymani: Məcburi hicab 40 ildir bu hakimiyyətin tətbiq etdiyi bütün basqıların simvoludurSosial şəbəkələrdə iranlı müxalif qüvvələr İran Azərbaycanında səsləndirilən bəzi şüarların təfriqəyə səbəb olduğunu önə çəkirlər.
Əgər bu gün mövzu birlik isə, biz gərək bir-birimizin fərqliliklərimizi də qəbul edək. Bir-birimizin haqlarını tanıyaq, fərqli haqları rəsmiyyətə tanıyaraq birliyə doğru gedə bilərik.
Məhəmməd Rəhmanifər hesab edir ki, təfriqə damğası öz tələblərini dilə gətirən milli və etnik icmaları susdurmaq üçün bəhanə olmamalıdır.
“Təfriqə məsələsi əslində bir çomaq kimi bizim başımızın üstündədir. Elə İslam Respublikası da bunu edib. Nə zaman ki, Azərbaycan ayağa qalxıb və öz haqlarını dilə gətirib, siyasi haqları demirəm, elə Urmiyə gölü məsələsini dilə gətirəndə təfriqə damğası ilə qarşılaşıblar. Onun üçün əgər bu gün mövzu birlikdirsə, biz gərək bir-birimizin fərqliliklərimizi də qəbul edək. Bir-birimizin haqlarını tanıyaq, fərqli haqları tanıyaraq birliyə doğru gedə bilərik.”
Məhəmməd Rəhamnifər əlavə edir, “kimsə deyə bilməz ki, siz fərqli olduğunuzu gizlədin, siz tapdalanmış haqlarınızı gizlədin, fərqli istəklərinizi gizlədin və gəlin birləşək. Bu təfriqə məsələsini gündəmə gətirənlər elə sabah və ya o biri gün ciddi bir dəyişiklik olduğunda, yenə də təfriqə salmayın deyəcəklər. Çünki, bu təfriqə hər zaman mövzu ola bilər. Bu gün mübarizə dönəmində bunu mövzu edirlər. Sabah da ölkənin təhlükəsizliyini pozmayın deyərlər. Təfriqə sözü bəhanə olmamalıdır ki, biz istəklərimizdən vaz keçək. Biz deyəndə fərq etmir, bir türk ya bir kürd və ya bir ərəb olsun.”