Feminist fəal Türkan Bozqurt Amerikanın Səsi ilə söhbətdə İranda 4 həftədir davam edən və qadınların başçılıq etdiyi kütləvi aksiyaları dəyərləndirib.
Your browser doesn’t support HTML5
Bozqurtun sözlərinə görə, bu etirazlar İranda bir siyasi dəyişikliklə nəticələnməsə də, cəmiyyətdə böyük dəyişikliklərə yol açacaqdır. O, İranın artıq bu etirazlardan öncəki İran olmayacağını vurğulayır.
Hicab məsələsi və ya qadının aşağılanması İranda bütün kültürlərin, fərq etmir istər türklər olsun, bəluçlar olsun, lurlar olsun, istər farslar olsun, bunların hamısının yaşadığı və birinci əldən təcrübə etdikləri bir mövzudur.
“Biz bu etirazlarda tutulanların arasında da görə bilirik ki, çoxu gənclərdir. Yaşlarına baxdığımız zaman 14, 15 və 16 yaşındakı uşaqları görürük. Baxdığımız zaman bu Z quşağı (nəsli) dediyimiz qrup dünyanın hər yerində özlərini siyasətə qatırlar, özlərini etiraz aksiyalarına, çevrə məsələlərinə qatırlar. Çünki, deyirlər bu bizim dünyamız və bizim savaşımızdır,” gənc fəal söyləyir.
Bozqurt deyir ki, hazırda İranın müxtəlif bölgələrində küçə etirazlarına qatılan gənclər və yeniyetmələr necə bir həyat yaşamaq istədiklərini çox yaxşı bilirlər:
SEE ALSO: Ural Hatəmi: İran hakimiyyəti qadının saçını öz varlığına təhdid olaraq görür“Bu uşaqlar, bu gənclər istər Türkiyə, istə Azərbaycan, istərsə Qərb mediası olsun, bunlarla böyüyüblər. Oradakı azadlıqları bilirlər. Bəlkə Qərbdən çox daha yaxşı bilirlər. Amma, [o azadlıqların] heç birini yaşaya bilmirlər... Bunlar İran-İraq savaşını görmüş, qorxuları olan və enerjisi azalmış o nəsil deyil. Bunlar enerjili və həyatlarının ən başındadırlar. Bilirlər ki, necə həyat yaşamaq istəyirlər. Bunların istədiyi barışçıl bir həyatdır. Onlar gedib hərəsi öz köşəsində savaşmır və ya öz köşəsində oturmur. Barışçıl bir gələcək düzəltmək üçün əl-ələ verməyə çalışırlar. Buna görə də, İranın fərqli yerlərindən insanlar buna qatılır.”
Bu etirazlardan sonra artıq İran əski İran olmayacaq. Siyasi olaraq inqilabi bir dəyişiklik olmasa da, cəmiyyət böyük dəyişikliklərdən keçəcək.
Türkan Bozqurt gənclər və yeniyetmələrin ilk dəfə olaraq İran siyasətində bu qədər aktiv rol oynadıqlarına diqqət çəkərək əlavə edir ki, “bu, artıq İranın əski İran olmayacağı anlamına gəlir. Bu, siyasi olaraq inqilabi bir dəyişiklik olmasa da, cəmiyyətin böyük dəyişikliklərdən keçəcəyi anlamına gəlir.”
Feminist fəal hazırkı etirazlarda bundan əvvəl təşkil olunmuş kütləvi aksiyalar ilə müqayisədə toplumun daha çox kəsimlərinin yaşadığı problemlərin səsləndirildiyini qeyd edir.
“İndiyə qədər İrandakı etiraz aksiyaları fərqli insanların fərqli problemləri ilə bağlı idi. Ancaq, indiki etirazlarda ilk dəfədir ki fərqli kəsimlərdən bu qədər insanı bir arada görürük,” Kanadanın Toronto şəhərində yaşayan urmiyəli fəal söyləyir.
O, qadın məsələsinin İranda yaşayan bütün etnik icmaların məsələsi olduğunu ifadə edir:
Bu gənclər və uşaqlar yaxşı bilirlər ki, necə bir həyat yaşamaq istəyirlər.
“Hicab məsələsi və ya qadının aşağılanması İranda bütün kültürlərin, fərq etmir istər türklər olsun, bəluçlar olsun, lurlar olsun, istər farslar olsun, bunların hamısının yaşadığı və birinci əldən təcrübə etdikləri bir mövzudur. Əlbəttə ki, kəsişməli və ya interseksional [feminizm] aspektindən baxdığımız zaman bir türk qadın ilə bir fars qadının yaşadığı problemlər eyni deyil. Məsələn, bir fars qadının yaşadığı problem hicab məsələsi olsa, bir türk qadının yaşadığı problem həm də dil məsələsidir. Hicab məsələsi fərqli yerlərdə fərqli dərəcələrdə insanların həyatında basqı yaradır.”