Vaşinqtonda qərargahlanan Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi Amerikanın Səsinə müsahibəsində yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh sazişi perspektivləri, Rusiyanın sülh quruculuğu səylərinə təsirini və ABŞ-ın regiondakı rolunu şərh edib.
Amerikanın Səsi: Cənab Koffi, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə Praqada Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Şarl Mişel ilə dördtərəfli danışıqlar aparıblar və onlar Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədinə mülki missiya göndərməsi ilə bağlı razılığa gəliblər. Görüşdən sonra verilən bəyanata əsasən, həmin missiya “etimad yaratmaq və hesabatları vasitəsilə sərhəd komissiyalarına töhfə vermək” məqsədi daşıyır. Bundan əlavə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın oktyabrın 12-də dövlət televiziyasına müsahibəsində “ilin sonuna qədər tərəflər arasında sülh sazişi olmalıdır” dediyi bildirilir. Bu bəyanatı və son bir neçə ayda iki ölkənin liderləri, eləcə də xarici işlər nazirləri və digər yüksək səviyyəli rəsmilər arasında bir neçə dəfə görüşlərin keçirildiyini və Aİ-nin sərhədə mülki missiya göndərdiyini nəzərə alaraq, yaxın gələcəkdə tərəflər arasında sülh sazişi perspektivləri necədir?
SEE ALSO: Avropa İttifaqının mülki missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi müzakirə edilibLyuk Koffi: Son irəliləyişlər çox gözəldir. Doğrusu, bu, uzun zamanda ilk dəfəfir ki, mən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşma prosesi ilə bağlı nikbinəm. Mən Avropa İttifaqının mülki monitorinq missiyası ideyası barədə 2020-ci ilin dekabr ayında, İkinci Qarabağ müharibəsindən qısa müddət sonra yazmışdım. Mən buna misal olaraq Avropa İttifaqının Gürcüstandakı mülki monitorinq missiyasını misal çəkmişdim və bunun etimad yaratmağın, eləcə də Ermənistanla Azərbaycan sərhədinin hər iki tərəfində baş verənlərlə bağlı şəffalığın yaradılmasının bir yolu olduğunu demişdim. Ona görə də mən bunun Ermənistanla Azərbaycan arasında müəyyən dərəcədə praktik, həqiqi sülh razılığına gətirib çıxaracağı ilə bağlı ehtiyatlı nikbinəm, çünki hazırda Cənuni Qafqazın sülhə,sabitliyə ehtiyacı var. Və dünyanın geridə qalan hissəsinə də regionda sülh va sabitlik lazımdır.
Amerikanın Səsi: Rusiya Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədinə mülki missiya göndərmək qərarını tənqid edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 11-də keçirdiyi mətbuat konfransında deyib ki, “Biz bunu Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına hər hansı yolla müdaxilə etmək, ölkəmizin vasitəçilik səylərini sıxışdırmaq üçün növbəti cəhdi kimi görürük.” Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədinə müşahidəçilər göndərməyə hazır olduğunu bəyan edib. Rusiyanın dövlət xəbər agentliyi TASS xəbər verir ki, çərşənbə günü Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışan Lavrov bildirib ki, müşahidəçilər Rusiyanın başçılıq etdiyi təhlükəsizlik alyansının altı dövlət başçısının razılığı ilə sərhədin Ermənistan tərəfinə yerləşdirilə bilər. Belə bir qərar regionda sülh quruculuğu səylərinin gələcəyi üçün nə deməkdir?
SEE ALSO: Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib
Lyuk Koffi: Rusiya bu münaqişəyə cəlb olunmaq və ya müdaxilə etmək məsələsi ilə bağlı fikir bilidrimək vəziyyətində deyil. Rusiya illər boyu bu münaqişədəki hər iki tərəfə silah satıb. Moskva 2020-ci ildə vasitəçilik etdiyi atəşkəsdən bəri həmin atəşkəsin şərtlərini yerinə yetirmək istəməyib və ya ən azından yerinə yetirə bilməyib. Və mən düşünürəm ki, həmin atəşkəsi yerinə yetirməkdə irəliləyişin olmaması Azərbaycanla Ermənistan arasında bu yaxınlarda baş verən döyüşlərə gətirib çıxardı.
Bundan əlavə Rusiyanın diqqəti Ukraynadakı müharibə səbəbilə yayınıb. Və məncə hər iki tərəf, Azərbaycan və Ermənistan bunu görür və onlar bilir ki, onların taleyində bir-birinin yanında dinc yaşamaq var. Ona görə də onlar indi həll yollarını Rusiyadan kənarda axtarırlar və məncə bu, müsbət bir haldır.
Amerikanın Səsi: Fransa prezidenti Emmanuel Makron çərşənbə günü Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq cəhdlərinin bir hissəsi olaraq Ermənistan və Azərbaycan arasında son toqquşmaları məqsədyönlü şəkildə təhrik etməkdə ittiham edib. Bu açıqlamaya münasibətiniz nədir?
Lyuk Koffi: Bu, hər kəsə məlumdur. Rusiya bunu Cənubi Qafqazda illər bəlkə də, deyə bilərik ki, əsrlər boyu edib. Ancaq son illərdə Rusiya Cənubi Qafqazda nüfuzunun böyük bir hissəsini qeyri-sabitlik və qeyri-məyyənlik yaratmaqla əldə etdiyini bilir.
Gürcüstanda bu, Rusiyanın Abxaziya və Tsxinvali bölgələrinin işğalıdır, Azərbaycan və Ermənistanda isə dondurulmuş münaqişə. Yəni Rusiya Azərbaycan və Ermənistanın döyüşməsindən faydalanır. Və Ermənistan və Azərbaycan aralarındakı münasibətləri normallaşdıra bilsə, Rusiya öz təsir gücünü itirəcək. Bundan əlavə Türkiyə və Ermənistanın münasibətlərini normallaşdırması kimi gözlənilməz bir vəziyyət olduğu halda, fikrimcə, region üçün imkanlar sonsuz olacaq.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Dövlət katibi Antoni Blinken oktyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. Dövlət katibi Blinken Azərbaycan və Ermənistanın davamlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı müsbət addımları, o cümlədən xarici işlər nazirləri və ölkə liderləri arasında son birbaşa danışıqları yüksək qiymətləndirdiyini bildirib. Bu, Blinkenlə Azərbaycan prezidenti və Ermənistanın Baş naziri arasında keçirilən bir neçə telefon danışığından ən sonuncusudur. Belə görünür ki, ABŞ son zamanlarda tərəflər arasında sülhün yaradılması səylərində iştirakını artırıb. Bu barədə nə deyə bilərsiniz? Bu prosesdə ABŞ-ın rolunu necə qiymətləndirirsiniz?
Lyuk Koffi: Birləşmiş Ştatlar son otuz ildə bu münaqişədə gah rol oynayıb, gah oynamayıb. Biz bəzən elə bir fazadan keçirik ki, onu həll etmək üçün daha çox cəlb olunmaq istəyirik, daha sonra isə elə bir fazalardan keçirik ki, uzaqlaşırıq və münaqişəyə son qoymağa yardım etmək üçün çox şey etməirik, çünki diqqətimiz İraq və ya Əfqanıstan və ya başqa geosiyasi problemlərə görə yayınır. Ancaq bu administrasiyanın indi cəlb olunması məncə mübsət bir haldır.
Fransızlar və amerikalıların Avropa İttifaqı ilə yanaşı sülh prosesini Rusiyanın son illərdə etdiyindən həqiqətən də daha çox və daha sürətli bir şəkildə irəlilətməyə bacarması, məncə, Rusiyanın hazırda zəif olduğunu, eyni zamanda, çox güman ki, Ukraynadakı əməlləri səbəbilə, hazırda Cənubi Qafqazda təsirinin olmadığını göstərir.