İranda qadınların rəhbərlik etdiyi kütləvi etirazlar fonunda İran Azərbaycanının müxtəlif vilayətlərindəki universitetlərdə tələbələr aksiya və tətil keçirməyə başlayıblar.
Sosial şəbəkələrdə Təbriz, Urmiyə və Zəncan başda olmaqla, İran Azərbaycanının müxtəlif şəhərlərində tələbə aksiyalarının təşkil olunduğuna dair məlumat yayılıb.
Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News kimi xəbər saytlarının yaydığı görüntülər və xəbərlərə əsasən bu günlərdə Təbriz Tibb Universiteti və Təbrizin İslami İncəsənət Universitetində etirazlar baş verib.
Təbriz Tibb Universiteti Stomatologiya Fakültəsinin tələbələri sentyabrın 26-da mitinq təşkil edərək kütləvi aksiyalar ilə əlaqədar tələbələrin kollektiv şəkildə nəzarət altına alınmasına etiraz bildiriblər. Təcili yardım şöbələrində çalışmaqda olan tələbələr istisna olmaqla, tələbələrin əksəriyyətinin tətil aksiyasına qatıldığı bildirilib.
SEE ALSO: Qeyri-fars icmaların siyasi təşkilatları İrandakı kütləvi aksiyaları dəstəkləyirTəbrizin İslami İncəsənət Universitetinin tələbələri də tələbələrə qarşı geniş həbs dalğasını qınayaraq "növbəti bildirişə qədər dərslərdə iştirak etməyəcəklərinə" dair bildiriş veriblər.
Təbrizin Tibb Universitetinin tələbələri keçən həftə də etiraz aksiyası təşkil etmişdilər. Onlar aksiya zamanı əllərində üzərində "qadın cinayətləri siyasidir" və "əlini bədənimdən çək" kimi şüarların yazıldığı plakatlar qaldırıb.
SEE ALSO: Simin Səbri: İslam Respublikası gücünü göstərmək üçün qadınlara təzyiqi artırırGənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İranın müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülüb.