Hüseyn Paşayi: İran təhdidi İsrail və ərəb dövlətlərini əməkdaşlığa sövq edir

Hüseyn Paşayi

Siyasi şərhçi Hüseyn Paşayi Amerikanın Səsi ilə söhbətdə Rusiyanın Ukraynaya hücumundan sonra beynəlxalq siyasətdə baş verən dəyişikliklər və ABŞ prezidenti Co Baydenin Yaxın Şərqə səfərini dəyərləndirib.

Your browser doesn’t support HTML5

Hüseyn Paşayi Amerikanın Səsinə danışır

Hüseyn Paşayi Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin beynəlxalq ictimaiyyətin diqqətini Ukrayna böhranına yönəltməsi ilə İran İslam Respublikası üçün “faydalı olduğunu” söyləyir. Onun sözlərinə görə, Qərbin diqqətinin Ukraynaya yönəltməsi İrana nüvə proqramını inkişaf etdirmək fürsət verdi.

Avropa dövlətləri fevral ayında İrana möhlət vermişdilər ki qərarını versin. Amma, Ukrayna savaşı başlayınca böyük güclərin diqqəti artıq İran üzərindən Ukraynaya yönəldi.

“Bu savaş özü ilə bərabər dünya siyasətində bir çox dəyişiklik və yenilik gətirdi... İranın nüvə məsələsinə dərindən təsir etdi. İran üçün çox faydalı oldu. İbrahim Rəisinin qüdrətə gəlməsindən sonra nüvə razılığını bərpa etmək məsələsi danışılırdı və bir yerə gəlib çatmışdı ki, Avropa dövlətləri bunu deyirdilər ki, fevralın sonlarında möhlət bitəcək və İran bir qərar vermək məcburiyyətindədir. Amma Ukrayna savaşı başlayınca böyük güclərin və Qərbin diqqəti artıq İran üzərindən Ukraynaya yönəldi,” siyasi şərhçi söyləyir.

“Bu İran üçün böyük bir fürsət oldu. Çünki, bu mərhələdə İran üçün ən önəmli məsələ zaman məsələsi idi. İran bu fürsətdən istifadə edərək uranın zənginləşdirilməsi imkanlarını o yerə çatdırdı ki, Kəmal Xərrazi (ali lider Xameneyinin müşaviri) İranın texniki cəhətdə nüvə bombası istehsal etməyə qadir olduğunu deyib,” o əlavə edir.

SEE ALSO: Bayden ABŞ-ın Yaxın Şərqdə fəal və sadiq tərəfdaş olaraq qalacağını bildirib

Prezident Co Bayden şənbə günü Səudiyyə Ərəbistanında ərəb liderləri ilə görüşündə İranın regionda nüfuzunun artmasının qarşısını almaq və Çin və Rusiya ilə strateji rəqabətdə təsirini bərpa etmək üçün ABŞ-ın Yaxın Şərqdə iştirakına dair baxışlarını açıqlayıb. O, ABŞ-ın Yaxın Şərqdə fəal və sadiq tərəfdaş olaraq qalacağını bildirib.

Prezident Baydenin bölgəyə səfəri ilə bərabər bu bölgəsəl NATO tipli müdafiə ittifaqını danışdılar. Bu, göstərir ki, İran artəq ərəb ölkələri və İsrailin ortaq düşməni halına çevrilir.

“İran təhdidinin ərəb dövlətlərinin İsrailə yaxınlaşmasında çox önəmli bir rolu olmuşdu. Ərəblərin İsraillə bir araya gəlməsi haradasa imkansız bir məsələ idi. Amma hər iki tərəf İranı təhdid gördükləri üçün prezident Tramp dönəminin sonlarında bir araya gəldilər. Bir neçə ərəb dövləti İsraillə anlaşdı. Co Baydenin bölgəyə səfəri ilə bərabər bu bölgəsəl NATO tipli müdafiə ittifaqını danışdılar. Bu göstərir ki, İran artıq ərəb ölkələri və İsrailin ortaq düşməni halına çevrilir,” Hüseyn Paşayi bildirir.

SEE ALSO: Hüseyn Paşayı: Ukraynada baş verənlər İranla nüvə sazişinin bərpası üzrə danışıqlara mənfi təsir edir

Onun fikrincə, İsrail ilə iş birliyinin ərəb dövlətləri üçün başqa müsbət tərəfləri də ola bilər:

“Ərəb dövlətləri çox xüsusi bir durumdadırlar. Bir tərəfdən İran təhdidi var. Bir tərəfdən də İsrail məsələsi var. Amma İran təhdidi yaxın olduğu üçün bu gün məcburən gəliblər İsrail ilə iş birliyindədirlər. Bunlar üçün müsbət tərəfi bu ola bilər ki, İsrailə basqı edə bilərlər ki, bu iki dövlətli çözüm məsələsində İsraildən imtiyaz ala bilsinlər. Amma regional NATO tipli ittifaq təşkil olacaqmı, bunu zaman göstərəcək. Ancaq bunu deyə bilərik ki, bölgə böyük yeniliklərin astanasındadır. Yəni, bölgə dövlətləri tərəf seçmək durumundadırlar.”