Accessibility links

Hüseyn Paşayı: Ukraynada baş verənlər İranla nüvə sazişinin bərpası üzrə danışıqlara mənfi təsir edir


Hüseyn Paşayi
Hüseyn Paşayi

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, İranla nüvə sazişini canlandırmaq yönündə danışıqların uğurla nəticələnməsi qəti deyil. O, ABŞ-ın sazişli və ya sazişsiz hər iki ssenari üçün eyni dərəcədə hazırlıq apardığını bildirib.

Siyasi şərhçi Hüseyn Paşayi Amerikanın Səsi ilə söhbətdə sazişin taleyi ilə əlaqədar yeni açıqlamaları dəyərləndirib. Paşayi hesab edir ki, nüvə sazişi bərpa olsa belə, bu, kövrək bir saziş olacaq.

İran Amerikadan yazılı qaranti istəyir ki, sabah yeni administrasiya gələndə Amerika sazişdən çıxmasın. Amma, Amerikanın demokratiyası buna icazə verməz ki, indki administrasiya gələcək administrasiyanın siyasətlərinə görə yazılı qaranti versin.

“Danışıqlarda bir çox ixtilaflı xüsuslar var. Misal üçün, İran Amerikadan yazılı zəmanət istəyir ki, sabah yeni administrasiya gələndə Amerika sazişdən çıxmasın. Amma, Amerikanın demokratiyası buna icazə verməz ki, indiki administrasiya gələcək administrasiyanın siyasətlərinə görə yazılı zəmanət versin. İran həmçinin Xameneyinin ofisinin (Beyti rəhbər) sanksiyalara şamil edilməməsini və Sepahın terror siyahısından çıxarılmısını tələb edir,” Paşayi bildirir.

O, İslam Respublikasının bu tələblərinin yerinə yetirilməsinin asan olmadığını deyir:

Hüseyn Paşayı: Ukraynada baş verənlər İranla nüvə sazişinin bərpası üzrə danışıqlara mənfi təsir edir
please wait

No media source currently available

0:00 0:13:28 0:00

“İsrail və Ərəbistan dövlətləri, habelə Amerikada bir çox senator və konqresmen Sepahın terror siyahısından çıxarılmasına qarşıdır. Yəni, Amerika haraya qədər İrana imtiyaz verə bilər və haraya qədər bölgədəki müttəfiqlərini razı sala bilər? Bunlar çətin məsələlərdir.”

Siyasi şərhçinin fikrincə, Rusiyanın Ukraynaya hücumundan sonra baş verənlər də İranla nüvə sazişinin bərpası yönündə aparılan danışıqlara mənfi təsir edib.

Rusiya Amerikadan yazılı zəmanət tələb edənə qədər hər şey normal idi.

Bir müddət əvvəl nüvə sazişinin bərpası üzrə aparılan danışıqların nəticəyə yaxınlaşdığına dair xəbərlərin yayıldığı günlərdə, Rusiya ABŞ-dan Moskvaya sanksiyaların Rusiyanın İranla əməkdaşlığına zərər vurmayacağına dair yazılı zəmanət tələb edib.

Hüseyn Paşayi deyir ki, Rusiya bu tələbi irəli sürənə qədər müsbət mesajlar verilirdi. “Oraya qədər hər şey normal idi. Ukrayna məsələsindən sonra, o zaman ki, ruslar bir anda gəlib və şərt qoydular ki, Ukrayna müharibəsi ilə əlaqədar tətbiq edilən sanksiyalar Rusiyanın İranla münasibətinə təsir etməsin. Görünən odur ki, ruslar bu tələblərinə cavab aldılar amma bu göstərdi ki, hər an mənfi bir olay bu danışıqlara təsir edə bilər.”

Hüseyn Paşayi deyir ki, bu vəziyyətdə nüvə sazişi bərpa edilsə də, bu, kövrək bir saziş olacaq.

“Bir tərəfdən də əgər prezident Bayden sazişlə bağlı ABŞ Senatı və Nümayəndələr Palatasının səsini ala bilməsə, və görünən odur ki, ala bilməyəcək. Onlardan müstəqil imzalanan bir anlaşma sonrakı administrasiya gəldiyində ləğv edilə bilər. Bunu iranlılar da bilir, amerikalılar da. Yəni, bu anlaşma olsa da, necə bir anlaşma olacaq, qısamüddətli olacaq, yoxsa uzunmüddətli, bunlar bəlli deyil. Bu kövrək bir saziş olacaq,” o, əlavə edir.

XS
SM
MD
LG