Accessibility links

Umud Şükri: Rusiyaya tətbiq edilən sanksiyalar maksimum təsir göstərəcək şəkildə müəyyənləşdirilib


Umud Şükri
Umud Şükri

Umud Şükri deyir ki, Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etməyə başladığı ağır sanksiyalar maksimum təsir göstərəcək şəkildə müəyyənləşdirilib.

Umud Şükri: Rusiyaya tətbiq edilən sanksiyalar maksimum təsir göstərəcək şəkildə müəyyənləşdirilib
please wait

No media source currently available

0:00 0:14:06 0:00

Xarici siyasət və enerji geosiyasəti üzrə ekspert Amerikanın Səsi ilə söhbətdə Ukraynada baş verənlərin qısa və uzunmüddətli təsirləri və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar haqqında danışıb. O, həmçinin İranla 2015-ci il nüvə sazişini canlandırmaq üçün aparılan danışıqlar ilə əlaqədar yenilikləri şərh edib.

Rusiya Avropa Birliyi və Amerika kimi yüksək texnologiya satmır. Enerji və silah satır. Yəni, silah və enerji satmasa iqtisadiyyatınd aproblem yaranacaq.

Umud Şükrinin sözlərinə görə, “Rusiyanın Ukraynaya açdığı savaş istər-istəməz bütün dünyada insanların həyatına təsirini göstərəcək. İstər Afrikada yaşayan biri olsun, istər Amerikada və ya Rusiyaya qonşu ölkələrdə. Yəni, dünyanın hər gün istehlak etdiyi çörəyin buğdası Ukrayna və Rusiyadan gəlir. İnsanlar savaşın təsirini yaxın zamanda hərgünkü süfrəsində görəcək.”

Ekspert müharibənin nəticəsindən asılı olmayaraq, dünya siyasətində və beynəlxalq dinamakalarda yeni bir dövrün başladığını ifadə edir. O, deyir ki, nəticə nə olur olsun, Rusiya bu müharibədən qazanclı çıxmayacaq:

“Qısa müddətdə bu savaşdan kimin qazanclı çıxacağını görmək biraz çətindir. Amma, məncə orta və uzun müddətdə Rusiya bu savaşdan qazanclı çıxmayacaq. Ola bilsin ki, Kyivi alsın və istədiyi dövləti Ukraynada hakimiyyətə gətirsin, amma uzun müddətdə Rusiyanın enerji sektorunun həm ixracatına, həm inkişafına, həm də gələcəyinə neqativ yöndə təsir edəcək. Rusiya Avropa Birliyi və Amerika kimi yüksək texnologiya satmır. Enerji və silah satır. Yəni, sən bir elə bir ölkəsən ki, silah satmasan, enerji satmasan iqtisadiyyatında problem yaşayacaqsan. Sanksiyalar ilə bərabər satışın qarşısı alınsa sənin gəlir qaynağın bağlanacaq! Bu həmin gün təsirini göstərməsə də, orta və uzun müddətdə təsirini göstərəcək.”

Sanksiyalar seçilərək və üzərində araşdırmalar aparıldıqdan sonra tətbiq olunur. Çünki, daha öncə İran kimi ölkələrdə təsirini göstərmiş və ona görə daha da ağırlaşdırılmış sanksiyalar Rusiyaya tətbiq olunur.

Rusiya Ukrayanaya hücumunun ardından qısa müddətdə dünyada ən çox sanksiyaya məruz qalan ölkəyə çevirilib. Umud Şükri bu sanksiyaların maksimum təsir göstərəcək şəkildə müəyyənləşdirildiyini önə çəkir.

“Sanksiyalar seçilərək və üzərində araşdırmalar aparıldıqdan sonra tətbiq olunur. Çünki, daha öncə İran kimi ölkələrdə təsirini göstərmiş və ona görə daha da ağırlaşdırılmış sanksiyalar Rusiyaya tətbiq olunur,” o, söyləyir.

İranla 2015-ci il nüvə sazişinin bərpası üzrə aparılan danışıqların nəticəyə yaxınlaşdığı günlərdə, Rusiya ABŞ-dan Moskvaya sanksiyaların Rusiyanın İranla əməkdaşlığına zərər vurmayacağına dair yazılı zəmanət tələb edib.

Umud Şükrinin dediklərinə görə, “nüvə danışıqları çox kritik bir mərhələdədir. Yəni, hər an son imzalar atılıb və anlaşma əldə edilə bilər. Anlaşma üçün şərtlər hazırdır. Sadəcə İranın Sepah qüvvələri terror siyahısındadır, onu da çıxara bilsələr hər şey hazırdır. Lakin, Rusiya deyir ki, bu anlaşma Moskvanın milli təhlükəsizliyi və çıxarlarını qorumalıdır. Niyə? Çünki, keçən həftələrdə ağır sanksiyalara məruz qalıb və [İranla nüvə anlaşmasından] faydalanmaq istəyir. Yəni, çalışır ki, İranın milli təhlükəsizliyini heçə sayaraq nüvə anlaşmasından özünə pay çıxarsın.”

XS
SM
MD
LG