Siyasi fəal Yunus Şamili İran Azərbaycanında türk dilinin vəziyyətini və bu dilin öyrədilməsi və qorunması istiqamətində fəaliyyətləri şərh edib. O “türk dilinin İranda həyatına davam etdiyini, ancaq türklər arasında milli dil şüurunun aşağı səviyyədə olduğunu” ifadə edir.
Your browser doesn’t support HTML5
“Ümumiyətlə biz baxanda indi İranda, aktivistlər istisna olmaqla, türk xalqı ümumiyyətlə dil şüuruna sahib deyil. Amma, türkləri başqa xalqlardan ayıran ən önəmli faktor da dil məsələsidir. Dil varlığını qoruyur, həyatına davam edir. Ancaq biz bilirik ki, keçən yüz ildə milyonlarla insan elə bu milli dil şüurunun olmaması üçün farslaşmış və uzun müddətdə türk toplumu zəifləmişdir,” Şamili söyləyir.
Bu işlər dövlət qurulduqdan sonra olar. Amma, bu, o demək deyil ki, aktivistlər əllərini dizlərinə qoyub, tamaşa edib və gözləyəcəklər ki, o zaman gəlsin və ondan sonra iş başlansın.
Onun sözlərinə görə, “keçən yüz ildə İran dövləti türk dilini həqiqətən ölümünə yaxınlaşdıran bir duruma aparmışdı, amma son təqribən 30 ildə bu özünədönmə və milli hərəkatın dilə önəm verməsi ilə birlikdə toplumda yavaş-yavaş bir milli dil şüuru yayılmaqdadır. Ama hələ o dərəcədə toplumun tamamına yayılmayıb.”
SEE ALSO: Səməd Purmusəvi: İran Azərbaycanında türk dili təhlükə altındadır və biz bunun fərqində deyilikSiyasi fəal türk dilinin dövlət dəstəyi olmadan əsaslı bir şəkildə qorunmasının mümkün olmayacağını önə çəkir. Amma, onun sözlərinə görə, bu o anlama gəlmir ki, fəallar əllərini dizlərinin üstünə qoyub və heç bir iş görməsinlər.
“Bir dilin ciddi şəkildə qorunması dövlət dəstəyi və o dilin təhsilə girməsi, yəni uşaqların o dili məktəbdə öyrənməsinə, sonra da dil qurumunun yaradılmasına bağlı olan bir şeydir. Əlbəttə ki, aktivistlər bu işləri görə bilməzlər. Çünki onların sahəsi deyil. Bu işlər dövlət qurulduqdan sonra olar. Amma, bu, o demək deyil ki, aktivistlər əllərini dizlərinə qoyub, tamaşa edib və gözləyəcəklər ki, o zaman gəlsin və ondan sonra iş başlasın. Elə deyil. Elə bu gündən fəaliyyət başlamalıdır ki, zatən başlamışdır. Yazılar yəni, romanlar, hekayələr və ya jurnalistika sahəsində xəbərlər yazılır. Türk dilinin fərqli sahələrdə inkişaf etdiyini görmək olur. Məsələn son zamanlarda türk dilinin teatr və kinematoqafiyay daxil olduğunu görürük.”
Xalqda türk dilini öyrənməyə maraq oyandırmaq üçün aktivist özü o dildə ən azı yazıb-oxumağı bilməlidir.
O, türk dil haqları fəalarının məsuliyyətlərindən birinin xalq arasında türk dilinə maraq oyandırmaq olduğunu deyir:
SEE ALSO: Nahid Cəfəri: Təbrizdə məktəb illərində yaşadığım acı təcrübələr məndə dil öyrənməklə bağlı fobiya yaratmışdı“Məncə bir türk aktivist ən azı türkcəsini o qədər inkişaf etdirməlidir ki, onu oxuyub və yaza bilsin. Elə ki, topluma təsir edə bilsin. Bizim əsas məsələlərimizdən biri türk toplumunda türk dilinə maraq yaratmaqdır. Bu olmayınca, xalq tərəfindən o çəkim olmur dili öyrənməyə və qorumağa. Xalqda o marağı oyandırmaq üçün aktivist özü o dildən bir şeylər bilməlidir.”
Bu gün mübahisələr gedir ki, standart yazı dili hansıdır? Bəziləri, Azərbaycanda yazılan dili standart götürür, bəziləri Türkiyədə yazılan dili. Bəziləri də bu düşüncədədir ki, biz İranda özümüz bir standart yazı dili yaradacağıq.
Şamili yazı dili üçün vahid standarta riayət olunması xüsusunda fəallar arasında ciddi fikir ayrılıqlarının olduğunu önə çəkir.
“Məsələn bu gün mübahisələr gedir ki, standart yazı dili hansıdır? Bəziləri, Azərbaycanda yazılan dili standart götürür, bəziləri Türkiyədə yazılan dili. Bəziləri də bu düşüncədədir ki, biz İranda özümüz bir standart yazı dili yaradacağıq. Bu üçüncü kəsimin düşüncəsi məncə həqiqətən qısır və olmayan bir düşüncədir. Çünki, standart dil yaratmaq 100 il, 200 il zaman istəyir. Məncə biz yazı dili üçün bir standart seçəndə, iki faktoru düşünməliyik. Biri budur ki, ən inkişaf etmiş standartı götürməliyik. Yəni, Türkiyə və Azərbaycandakı yazı dillərini müqayisə edəndə hansı ən inkişaf etmişdir? Onu götürməliyik. İkinci faktor budur ki, elə bir standart türk yaz dili seçilməlidir ki, fars dili ilə rəqabət edəcək durumda olsun. Niyə? Çünki, bizim xalq fars dilinin assimilyasiyasına məruz qalmış bir xalqdır. Fars dilini güclü və üstün bir kimi dil görür,” deyə, Yunus Şamili əlavə edir.