Araşdırmaçı Səməd Purmusəvi Amerikanın Səsi ilə söhbətdə İranda türk dili üzərindəki yasaqlar və məhudidiyyətlər, eləcə də bu məhudiyyətlərə qarşı yürüdülən mücadilə və reaksiyalar haqqında danışıb. Purmusəvi İran Azərbaycanında xüsusilə ziyalı kəsimin türk dilinə etinasız yanaşdığını vurğulayır.
Your browser doesn’t support HTML5
"Türklər İranda linqvisizm (linguicism) adlı bir fenomenlə qarşı-qarşıyadırlar. Linqvisizm rasizmin bir növüdür. Yəni, dil üzərindən irqçilik və ya ayrı-seçilik tətbiq edilir. İranda dünyanın bir çox yerində olduğu kimi rəsmi bir dil var. Bu dil qüdrətin dilidir və arxasında böyük bir büdcə, güc, maddi və qeyri-maddi qaynaqlar var. Bir tərəfdən də heç bir statusu olmayan qeyri-rəsmi dillər var" , Səməd Purmusəvi deyib.
Qeyri-rəsmi dillərin heç bir statusu yoxdur. Amma farscaya həm rəsmi dil deyilir, həm milli dil. Siz bu qeyri-rəsmi dillər vasitəsi ilə heç bir ictimai və ya siyasi mövqe əldə edə bilmirsiniz.
O, İranda dillərin sahib olduğu statusun o dilləri danışan insanların da bir ictimai-siyasi statusa çatmaq prosesinə təsir etdiyini vurğulayır: "Qeyri-rəsmi dillərin heç bir statusu yoxdur. Amma farscaya həm rəsmi dil deyilir, həm milli dil. Siz bu qeyri-rəsmi dillər vasitəsi ilə heç bir ictimai və ya siyasi mövqe əldə edə bilmirsiniz".
İrandakı dil siyasətini şərh edən araşdırmaçı "dil imperializmi" və "dil soyqırımı" ifadələrini də önə çəkir:
SEE ALSO: Sevil Süleymani: Hakimiyyət türk kimliyini qeyri-irani gördüyü üçün türk adlarını silmək istəyir"İrandakı dil siyasəti ilə bağlı daha iki fenomenə diqqət çəkmək istəyirəm. Biri, ‘dil imperializmi’dir. Dil imperializmi dominant bir dilin başqalarına transfer edilməsinə deyilir. İkinci termin ‘dil soyqırımı’dır ki, inteqrasiya adına basqı altında olan xalqlara tətbiq olunur. Belə ki, başqa dillərin işlədilməsi məhdudlaşdırlır, öyrədilməsi yasaqlanır və o dil sahəsində çalışanlar qanuni olaraq təqibə məruz qalıb və cəzalandırılır. Biz İranda belə bir təsvirlə qarşı-qarşıyayıq".
Səməd Purmusəvi türk dili üzərindəki məhdudiyyətlər və yasaqlara qarşı reaksiyaları xalq, aktivistlər və ziyalılar olmaqla üç kateqoriyada dəyərləndirir. O, xüsusilə ziyalı kəsimin məsələyə etinasız yanaşdığını ifadə edir.
Xalq səviyyəsində baxanda, xalq inteqrasiya olmağa, rəsmi dilin arxasındakı o güc və o iqtisadiyyata varmaq yönündə hərəkət edər.
Purmusəvi deyib ki, dil mücadiləsinə neçə səviyyədə baxmaq mümkündür. Aktivistlərin, xalqın və bir də kültür insanları, əli qələm tutan aydınların reaksiyasına baxmaq olar. Xalq səviyyəsində baxanda, xalq inteqrasiya olmağa, rəsmi dilin arxasındakı o güc və o iqtisadiyyata varmaq yönündə hərəkət edər. Amma aktivist kəsim dil haqlarını tanımış və həssas olmuş insanlardır. Onlar dili qorumaq üçün bədəl ödəyir. Orada uzun zamandır bir dirəniş var. Bir tərəfdən də, kültürəl fəaliyyətlərlə məşğul olan kəsim var. Onların rolu böyükdür. Amma, mənim baxışımla bu ziyalılarımız dil sahəsindəki dirənişə öndərlik edə bilmir. Yəni, biz tarixən də bir xalq olmuşuq ki, özəlliklə də yazarlarımız, öz dilimizə həssas bir xalq olmamışıq".
SEE ALSO: Lalə Cavanşir: İranda türkcə sadəcə duyğu ifadəsi dili halına gəlir, artıq bu dildə düşünmürükPurmusəvi İran Azərbaycanında ziyalı kəsimin ümumiyyətlə türk dilini qorumaq yerinə fars dilində yazıb-yaratmağa üstünlük verdiyini önə çəkir.
Bizim aydınlar arasında tarix boyu dil məsələsinə həssaslıq çox az olub. Onlar öz dillərinə önəm verməməkdə həmişə xalqdan da önə keçiblər. Ziyalı insanlar və yazarlar könüllü olaraq başqa dilə köçüblər.
"Bizim aydınlar arasında demək olar ki, tarix boyu dil məsələsinə həssaslıq çox az olub. Onlar öz dillərinə önəm verməməkdə həmişə xalqdan da önə keçiblər. Ziyalı insanlar və yazarlar könüllü olaraq başqa dilə köçüblər, başqa dildə yazıb-yaratmağa meyilli olublar. Hətta bu, aydınlar arasında bir kültür halına gəlib. Sanki başqa dildə yazmaq savadlı olmaq anlamı daşıyır. Onlar farsca yazaraq türk dilində intellektual həyatı məhdudlaşdırırlar... [Halbuki], aydınlar xalqı məlumatlandırmalıdır. Dilin önəmini doğru tanıyıb və insanlara anlatmalıdırlar. Yəni, dil bizim həyatımıza necə təsir edir? Dilsizlik bizim həyatımıza necə təsir edir? Dil yox olarsa nələri itirərik?" araşdırmaçı sual edib.
Səməd Purmusəvi İran Azərbaycanında türk dilinin xarakterinin dəyişdiyini və bunun zaman içərisində dilin yox olması ilə nəticələnəcəyini önə çəkir.
SEE ALSO: Vahid Qarabağlı: İran dövləti türk dilinin rəsmi qurumlara girməsinə icazə vermir"Mən düşünürəm ki, Güney Azərbaydandaki türkcə ən təhlükədə olan bir dil durumundadır. Amma, türklər bunun fərqində deyil. Dəqiq görə bilmirik. Çünki, çox fərqli bir zamanda yaşayırıq və görə bilmirik ki, dünyanın sürətlə dəyişdiyi bu prosesdə bizim dilimiz də yox olmağa müsaiddir. Mən bunu harada görürəm? Dilin bizim əfsanələrimizdə, dualarımızda, mərasimlərimizdə, gündəlik görüşlərimiz, qrammatikamız, səslərimiz, boğaz səslərimiz, rəftarlarımız və duyğularımızda təsiri var. Bunlar dəyişir. Mən bunların dəyişdiyini görürəm. Görürəm ki, hətta insanlarımız türkcə şeiri fars dili tərzində oxuyurlar. Dillər var ki, çox sürətlə yox olub, bəzi dillər də uzun proses içində yox olub. Biz o ikinci qrupdanıq. Yəni bizim dilimiz yavaşca yox olduğu üçün biraz fərqində deyilik" , araşdırmaçı əlavə edir.