Umud Şükri: İranın Qərbdəki lobbisi insan haqları mövzusunu nüvə danışıqlarından kənarda tutmağa çalışır

Umud Şükri hesab edir ki, 2015-ci il nüvə sazişini canlandırmaq üçün aparılan danışıqlardan bir nəticə əldə edilməsə İran əhalisinin iqtisadi sıxıntıları çoxalacaq. Ancaq İslam Respublikası hakimiyyəti bir razılıq olmadan da mövcud vəziyyətini qoruya bilər.

SEE ALSO:

Ümud Şükri ilə müsahibə

Xarici siyasət və enerji geosiyasəti üzrə ekspert Amerikanın Səsinə müsahibədə nüvə danışıqları ilə əlaqədar müxtəlif tərəflərin verdiyi mesajları şərh edib. O, həmçinin son vaxtlar Qazaxstanda baş verən gərginliklərin uzunmüddət təsirləri və Türkiyənin bəzi ərəb dövlətləri ilə münasibətlərini bərpa etməsini dəyərləndirib.

İrana bir fürsət yaradıb. İran illik büdcədə günlük 1 milyon 200 min barel neft satmağı hədəfləyib ki, indi ona yaxın bir rəqəm sata bilir. Bunun 90 faizinə Çinə satır.

“Görünən o ki, İran tərəfində bir istəksizlik var. Yəni, Amerikanın xarici siyasətindəki prioritetləri, Avropanın enerji krizi ilə qarşı-qarşıya olması, Ukrayna-Rusiya məsələsi və dünyanın dinamikalarının dəyişməsi istər-istəməz İrana bir fürsət yaradıb. İran illik büdcədə günlük 1 milyon 200 min barel neft satmağı hədəfləyib ki, indi ona yaxın bir rəqəm sata bilir. Bunun 90 faizinə Çinə satır. Buna görə, anlaşma əldə edilməsə də İran bugünkü durumu qorumağı hədəfləyir,” Umud Şükri söyləyir.

SEE ALSO: Hüseyn Paşayi: İranın siyasəti nüvə danışıqlarını uzatmaq yönündədir

Onun sözlərinə görə, “İran dövləti içəridə millətin təzyiqlərə dözmək qabiliyyəti varkən, bunu fürsət bilərək müzakirələri sürdürəcək. Amma müzakirələrdən amac anlaşma deyil, amac yenə də müzakirədir. Yəni, görünən o ki, hələlik bu fürsəti dəyərləndirərək müzakirələri uzadıb və içəridə uranı daha zənginləşdirməyi hədəfləyirlər. Bununla da gələcəkdə daha çox imtiyaz almağı planlayırlar.”

SEE ALSO: Enerji eksperti Umud Şükrinin yeni kitabı çapdan çıxıb

İrana bağlı lobbi qrupları, Umud Şükrinin dediklərinə əsasən, danışıqların istiqamətini İslam Respublikasının mənfəətləri yönündə dəyişdirmək üçün Qərb qüdrətlərinə təzyiq edirlər:

İran lobbisi də çox çalışır ki, Qərbə təzyiq etsin ki, danışıqlarda İranda insan haqları vəziyyətinə işarə olunmasın. Çalışırlar ki, anlaşmaya siyasi məhbuslar ilə bağlı heç bir şərt qoyulmasın. İran bu yöndə lobbisi ilə bərabər çox güclü hərəkət edir.

“İran lobbisi də çox çalışır ki, Qərbə təzyiq etsin ki, danışıqlarda İranda insan haqları vəziyyətinə işarə olunmasın. Çalışırlar ki, anlaşmaya siyasi məhbuslar ilə bağlı heç bir şərt qoyulmasın. İran bu yöndə lobbisi ilə bərabər çox güclü hərəkət edir. Nə yazıq ki, bunun bədəlini içəridə millət öəyir.”

Umud Şükri müsahibədə həmçinin Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İsrail arasında ikitərəfli münasibətlərin inkişafı ilə əlaqədar yenilikləri dəyərləndirib.

Onun söylədiklərinə görə, “Türkiyənin ərəb dövlətləri ilə problemlərinin çözülməsi ilə Türkiyəyə həm sərmayə gələcək, həm də Türk şirkətləri Ərəbistan olsun, BƏƏ olsun və ya digər ölkələrdə daha çox sərmayə yatıra bilərlər ki, bundan hər iki tərəf qazanar. Türkiyənin enerji şirkətlərinin bölgədə yenilənə bilən enerji sahəsində yaxşı potensialları var. İsrail ilə də enerji sahəsində çox iş birliyi potensialı var.”