İranın nüvə proqramını məhdudlaşdırması müqabilində sanksiyaların aradan qaldırılması ilə bağlı 2015-ci ildə imzalanmış beynəlxalq sazişin bərpası danışıqları Vyanada tərəflərin yeni il fasiləsindən sonra bazar ertəsidavam etdirilir.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi bildirib ki, danışıqlar “dərin fazasına daxil olur”.
İran və Birləşmiş Ştatlar bəzi irəliləyişlərin olduğuna istinad etsələr də, İran ABŞ-ən "maksimum tələblərindən" narazıdır. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçən həftə deyib ki, İranın danışıqların hazırkı raunduna “daha konstruktiv yanaşma” təqdim edib-etmədiyini bildirmək hələ tezdir.
Hər iki tərəf sövdələşməyə tam şəkildə qoşulmağa hazır olduqlarını bildirib. Sazişi imzalayan digər ölkələr ABŞ və İran nümayəndə heyəti ilə aprel ayından başlayan dolayı danışıqlarda vasitəçi rolunda çıxış edib.
Birləşmiş Ştatlar 2018-ci ildə, keçmiş Prezident Donald Trampın dövründə Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan sazişdən çıxdı.
Bundan sonra İran saziş çərçivəsində götürdüyü öhdəliklərdən imtina edərək, uranı daha yüksək səviyyədə zənginləşdirməyəi və daha təkmilləşmiş sentrifuqalardan istifadəyə başladı
Cümə günü Fransa İranın peyk buraxılışını pisləyərək onun BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu və Vyana danışıqlarında irəliləyişin olduğu bir vaxt "daha çox təəssüf doğurduğunu" bildirib.