"Biz sadəcə prezidentlə görüşmək istəyirik"

Your browser doesn’t support HTML5

Dekabrın 7-də "Tərtər işi" üzrə məhkumların ailə üzvləri və yaxınları ittihamlara yenidən baxılması tələbilə Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Aksiya iştirakçıları metronun "İçərişəhər" stansiyasının qarşısında toplaşıb və oradan Prezident Administrasiyasına getmək istəsələr də, polis dəstələri və Daxili İşlər Nazirliyinin çevik polis alayı onların qarşısını kəsib.