10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edib
Your browser doesn’t support HTML5
İyunun 30-da Gəncə ağır cinayətlər məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
2019-cu ilin noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib. Dondar Quşçu kənd sakini Süleymanov İlkin təqsirləndirilən şəxs qismində saxlanılıb. İlkin Süleymanov özünü təqsirsiz bilir və işgəncə altında ifadə verdiyini bildirib.