Məhkəmə ReAL liderinin azadlıq hüququnun, təqsirsizlik prezumpsiyasinın və hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədlərinin pozulmasını tanıyıb
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ReAl Hərəkatının lideri İlqar Məmmədovun şikayəti ilə bağlı qərara qəbul edib.
2014-cü il martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsi 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxs barəsində hökm verib.
ReAl Hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha 8 nəfər 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bir o qədər müttəhim şərti cəza alıb.
Avropa məhkəməsinin qərarına görə - İlqar Məmmədovun Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb.
Hökumət İ.Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.
Öz növbəsində Media Hüquqları İnstitutunun proqram koordinatoru Xalid Ağaliyev hesab edir ki, Avropa məhkəməsi çox müstəsna hallarda dərhal azadlığa buraxılma qərarı verir. Belə qərarlar Abaşidze Rusiyaya qarşı və Eynulla Fətullayev Azərbaycana qarşı qərarlarında olub.
“Həmin işlərlə müqayisədə İ.Məmmədovun işinin məzmunu xeyli fərqlidir. 5-ci maddənin pozuntusunun tanınması belə qərar üçün əsas ola bilər. Ancaq İ.Məmmədovun işində indiki mərhələdə onsuz da belə qərar gözlənilən deyildi. İ.Məmmədovun işi üzrə yerli məhkəmələr başa çatdıqdan sonra, yəni Ali Məhkəmənin qərarından sonra AİHM-ə şikayət ediləcək. Həmin mərhələdə AİHM-in dərhal azadlığa buraxma qərarı verməsi gözləniləndir”, deyə o bildirib.