ABŞ səfirliyi Rauf Mirqədirovun həbsinə münasibət bildirib
ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidməti Amerikanın Səsinə “Ayna-Zerkalo” qəzetinin icmalçısı Rauf Mİrqədirovun həbsi ilə bağlı şərh verib.
“Biz Rauf Mirqədirovun Türkiyədən gözlənilməyən deportasiyasından və Bakıya qayıtdıqdan sonra həbsindən narahatıq.
Biz həmçinin onun həbsinin Azərbaycan hökumətinin ünvanına tənqidi nəşrləri və ya vətəndaş cəmiyyətinin Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi yollarının axtarışı üzrə işində iştirakı ilə bağlı ola biləcəyi haqqında iddialardan narahatıq.
Belə əlaqələr hər iki tərəfi münaqişənin dinc yolla həllinə hazırlamağa kömək edən etimad tədrbirləri formalaşdırılması üçün əhəmiyyətlidir”, deyə səfirliyin mətbuat xidmətinin cavabında deyilir.