Yazıçı Əkrəm Əylislinin 75 yaşı
Your browser doesn’t support HTML5
Tanınmış yazıçı Əkrəm Əylislinin 75 yaşı tamam olub. Onu nə hökumət, nə də hökumətyönümlü yazarlar təbrik etməyib.
Cənab Əylisli Amerikanın Səsi radiosuna müsahibəsində hökumətin ideoloji düşmən axtarmasını təhlükəli tendensiya adlandırıb. "Hətta kommunis yazarlar da hökumətin siyasətini tənqid edib. Azərbaycanda isə kim iqtidarı müdafiə edir, o yaxşı yazardır. İqtidarı müdafiə etməyənlər ideoloji düşmənlərdir. Bu baxış yaxşı gələcək vəd etmir", o qeyd edib.