Sendi supertufanı ABŞ-ın şimal-şərq sahillərini viran qoydu [Fotoqalereya]

ABŞ prezidenti Barak Obama Nyu-York ştatını “fəlakət zonası” elan edib. Rəsmi bəyanat Sendi qasırğası Manhattanı suya qərq etdikdən və Nyu-York şəhəri boyunca elektrik xətlərini qırdıqdan sonra verilib.

Nyu-Yorkun fəlakət zonası elan edilməsi həmin bölgəyə federal yardımın göstərilməsinə yol açacaq.

Güclü küləklər və leysan yağışları ilə müşayiət olunan qasırğa bazar ertəsi axşam Nyu-Yorkun cənubunu vuraraq qitənin içərilərinə doğru hərəkət etməyə başladı.

Sendi qasırğası nisbətən zəifləsə də bəzi yerlərdə hələ də saatda 100 kilometr sürətlə küləklər əsir. Milli Hava Xidməti tufanın çərşənbə günü Kanadaya hərəkət edəcəyini bildirir. [Xəbər qraffikdən sonra davam edir]

KEÇƏN İLKİ AYRİN QASIRĞASI İLƏ SENDİNİN MÜQAYİSƏSİ
Loading...


Sendi qasırğası ABŞ-ın Atlantik okeanı sahillərini suya qərq edib, daşqınlar əmələ gətirib. Tufan nəticəsində şərq sahillərində azı 28 adam həlak olub. Onların çoxu nəqliyyat qəzası və ya ağacların qırılması nəticəsində ölüblər.

Manhattanda suyun səviyyəsi dörd metr yüksəlmiş və adətən məşğul küçələri olan Nyu-York şəhəri iflic olmuşdur. ABŞ-ın şərq sahilləri boyunca 6 milyon adamın işığı kəsilib.

Sendi supertufanı şəhərləri suya qərq etdi, milyonları işıqsız qoydu