Accessibility links

Sendi qasırğası ötən onilliklərin ən iri tufanı ola bilər [Fotoqalereya]


Sinoptiklər bazar ertəsi Birləşmiş Ştatların şərq sahili boyunca hava şəraitinin pisləşəcəyini bildirir. Belə ki, Sendi qasırğasının indiyə qədər mövcud olmuş ən şiddətli tufanlardan biri olacağı ehtimal olunur.

Bazar ertəsi sahilə çatacaq qasırğa qitənin şərqində insanların ən sıx məskunlaşdığı bölgələrdə güclü yağış və küləklə müşayət olunacaq.

Sahil boyunca şimala hərəkət edən Sendi qasırğası iki qış firtina sistemi ilə hibrid təşkil edərək “supertufan” yarada və 60 miliyon sakinə təsir edə bilər.

Sinoptiklər qasırğanın Virciniya ştatının sahillərindən Massaçussets ştatına qədər güclü külək gətirəcəyini proqnozlaşdırır. Milli Hava Xidməti “həyati-təhlükəli” fırtınanın Nyu-York limanına yüksəkliyi 3 metrə qədər çatacaq dalğalar gətirəcəyini guman edir.

Qasırğa üzündən Vaşinqton, Filadelfiya və Nyu-York kimi böyük şəhərlərdə məktəblər bağlanıb, ictimai nəqliyyat sistemi dayandırılıb. Nyu-Yorkda bazar ertəsi günü ABŞ qiymətli kağızlar birjası qapadılıb.

Nyu-Yorkda qərargahlanan Birləşmiş Millətlər Təşkilatı təyin olunmuş görüşləri ləğv edərək idarələrini qapadıb.

XS
SM
MD
LG