Amnesty International bildirir ki, Suriyada son bir ildir prezident Bəşar Əsəd hakimiyyətinə qarşı nümayişlərdə həbs edilənlər dözülməz işgəncələrə məruz qalır və bu insanlığa qarşı cinayətdir.
Londonda qərargahlanan insan haqları qrupu Suriyada vəziyyəti qiymətləndirən hesabat açıqlayıb.
Təşkilat bildirir ki, Suriyada isgəncə və kobud rəftar halları son illər görünməyən səviyyəyə çatıb. Son dəfə belə hallar 1970-1980-ci illərdə baş vermişdi.
İordaniyaya pənah aparan suriyalılarla müsahibələrə əsaslanan hesabata görə, təhlükəsizlik qüvvələri, hərbçilər və hökumət tərəfdarı silahlı dəstələr isgəncə və pis rəftarın 31 növünü tətbiq edib. Bunları şahidlər və qurbanlar Amnesty Internationala bildirib.