Əli Kərimli: "Azərbaycan xalqını müstəqillik arzusuna görə cəzalandırmaq istəyirdilər"
20 Yanvar - Azərbaycanda Ümumxalq Matəm günü kimi qeyd edilir. 20 yanvar şəhidlərini anmaq üçün Şəhidlər Xiyabanına gələn AXCP sədri Əli Kərimli süni şəkildə yaradılan əngəllərdən narazılığını bildirib. AXCP sədri Əli Kərimli hesab edir ki, yaranan sıxlıq polis tərəfindən süni formada sırf insanlara narahatlıq yaratmaq, həm də onları gözləməkdən bezdirmək üçün yaradılır.